"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyə sərhədlərin açılmasına razılıq verəcək, əgər…

08 İyul 2016 - 12:47
in MANŞET

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 

Ermənilər iddialarından əl çəksə…

Fərəc Quliyev: “Hesab etmirəm ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması zərurət kimi ortaya çıxacaq”

Elçin Mirzəbəyli: “Seçim bütün hallarda Türkiyədədir”

Rusiya-Türkiyə münasibətlərinin normallaşması Türkiyə-Ermənistan sərhədlərinin açılması baxımından da xüsusi əhəmiyyətə malikdir. Münasibətlərin qaydasına salınmasının ilk günündən Rusiya və Türkiyə KİV-lərində sərhədlərin açılacağı məsələsi də gündəmə gəlib. Əvvəlki illərlə müqayisədə Azərbaycan tərəfindən bu məsələyə hələ ki, sərt təpki yoxdur.
Detalları açıqlanmasa da, müzakirə mövuzu Dağlıq Qarabağ münaqişəsinin Rusiya-Türkiyə-Azərbaycan formatında həllindən gedir. Hesab olunur ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasında şərt kimi həllinə razılaşdırılmış əsas məsələrdən biri də Dağlıq Qarabağ münaqişəsidir.

Anlaşmanın ilginc tərəfləri

Qeyd olunur ki, Fransada Azərbayacan və Ermənistan prezudentlərinin görüşündə nəticə olmayacaq. Lakin növbəti dəfə Türkiyə və Rusiyanın təşəbbüsüylə Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşdə münaqişənin mərhələli həlli razılaşdırılacaq. Bundan sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə yenidən baxılacaq. Sonrakı mərhələlərdə Dağlıq Qarabağa Rusiya ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsinin müzakirəsinə başlanılacaq.  Ehtimal olunur ki, ilkin mərhələdə 7 rayonun (5+2) qaytarılacağı və Dağlıq Qarabağın aralıq statusunun Azərbaycanın şərtləri daxilində müəyyən olunması məsələsi razılaşdırılacağı halda,rəsmi Bakıdan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz da olmayacaq. Azərbaycanın əsas şərtlərindən biri də budur. Amma yenə də Azərbaycanın əsas şərti Ermənistanın həll planını pozmamasıyla bağlıdır.

“Şərt ola bilməz”

Millət vəkili Fərəc Quliyev “Cümhuriyət”ə bildirib ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması sadə məsələ deyib. F.Quliyevin sözlərinə görə, burada təkcə Dağlıq Qarabağ məsələsi rol oynamır:

“Sərhədlər təkcə, Dağlıq Qarabağ münaqişəsinə görə bağlanmayıb. Ermənistanın həmçinin Türkiyəyə qarşı qondarma soyqırım iddiaları da var. Mütəmadi olaraq, düşmən ölkə Türkiyənin əleyhinə yönəlmiş “soyqırım kampaniyası” aparır. Ermənistan eyni zamanda Türkiyəyə qarşı ərazi iddiaları da irəli sürür. Üstəgəl Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Türkiyə də bəyan edib ki, Azərbaycan torpaqları geri qaytarılmadan sərhədlər açılmayacaq.

Bu baxımdan Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına görə hesab etmirəm ki, Ermənitsan-Türkiyə sərhədlərinin açılması zərurət kimi ortaya çıxacaq. Bu şərt kimi də irəli sürülməyəcək”.

“Seçim Türkiyədədir”

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli“Cümhuriyət”ə deyib ki, məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. E.Mirzəbəyli diqqətə çatdırıb ki, Türkiyə danışıqlar prosesinin birbaşa iştirakçısı deyil: “Eyni zamanda sərhədlərin açılması danışıqlar prosesinin mövzusu deyil.

Bu Türkiyə və Ermənistan arasında müzakirə ediləcək məsələdir. Bu gün də iki dövlət arasında müəyyən əlaqələr var. Çarter reysləri var, Gürcüstan üzərindən Ermənistan ərazisinə yüklər daşınır. Sərhədlər bağlı olsa da, Ermənistan və Türkiyə arasında iqtiasdi əlaqələri var. Danışıqlar prosesində irəliləyiş baş verəcəksə, bu dolayı yolla Türkiyə-Ermənistan münasibətlərinə də təsir göstərə bilər. Amma ortada qondarma “erməni soyqırımı”amili də var.

Digər məsələlərə “soyqırım”a görə təzminat və ermənilərin ərazi iddiaları daxildir. Yəni, söhbət təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından getmir. Türkiyənin özünün də maraqları var. Təbii ki, seçim bütün hallarda Türkiyədədir. Amma Qarabağ münaqişəsinin həlli də buna təsir göstərəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dallasda gərginlik davam edir: beş polis öldürülüb

Next Post

lham Əliyevin qatıldığı sammit işə başladı – CANLI YAYIM

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

lham Əliyevin qatıldığı sammit işə başladı - CANLI YAYIM

Turisti olmayan turizm obyektlərimiz

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.