Bakıda gəlinlik paltarları mağazasında paltarları qəsdən məhv edən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv etmiş şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.
Hadisəni sifariş etmiş Bakı şəhər sakini Leyla Ağayeva tutulub.




