İngiltərənin “Teleqraf” qəzetinin müxbirinin Avropa çempionatında Türkiyə adına yarışan milliləşdirilmiş atletlərlə bağlı tviti böyük qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, Amsterdamda keçirilən qitə birinciliyinə Türkiyə millisi rekord sayda – 48 idmançıyla qatılıb. İlk qızıl medal 10 min metrə qaçışda 1-ci olan Yasemin Candan gəlib. Bu qələbəni şərh edən “Teleqraf”ın müxbiri Ben Blumun Türkiyə millisi haqda atdığı tvit səs-küy yaradıb:
“Türkiyə millisinin Avropa Atletizm Çempionatındakı heyətinə baxın: 7 keniyalı, 2 yamaykalı, 1 efiopiyalı, 1 kubalı, 1 cənubi afrikalı, 1 azərbaycanlı, bir az da türk idmançılar. Bu nə axmaqlıqdır? İdmançıların ölkə dəyişdirməsinin qarşısı alınmalıdır. Çoxu məcburiyyətdən Türkiyəni seçir. Adama elə gəlir ki, qızıl medalı satın almaq mümkündür”.
Qeyd edək ki, Avropa çempionatında mübarizə aparan Türkiyə millisinin heyətində yad kökənli futbolçuların siyahısı aşağıdakı kimidir:
Emre Zafer Barnes – Yamayka
Jak Ali Harvey – Yamayka
Ramil Quliyev – Azərbaycan
Ali Kaya – Keniya
Aras Kaya – Keniya
Tarık Akdağ – Keniya
Polat Kemboi Arıkan – Keniya
Kaan Kigen Özbilen – Keniya
Şeref Osmanoğlu – Ukrayna
Meryem Akda – Keniya
Yasemin Can – Keniya
Meryem Erdoğan – Efiopiya
Sultan Haydar – Efiopiya
Mert Girmalegese – Efiopiya
Karin Melis Mey – CAR
Yasmani Kopello Eskobar – Kuba
Pərviz Hikmət




