Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara qarşı xüsusi əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 3 həmyerlimiz saxlanılıb.
Rusiya DİN-in Moskva üzrə Baş idarəsindən bildiriblər ki, onlar saxta əsginas alverində ittiham edilir.
Xüsusi əməliyyat zamanı azərbaycanlılar restoranlardan birində 500 min rubl (təxminən 12 min AZN) məbləğində saxta pul satmaq istəyərkən ələ keçirilib.
Daha sonra onlardan 1 milyon rubl məbləğində saxta pul aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır.




