Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun 11, 12 iyul tarixinə planlaşdırılan Bakı səfəri ilə bağlı bəyanat yayıb.
Bu barədə TASS xəbər verir.
“Bakıda ikitərəfli görüşlər zamanı aktual məsələlərin müzakirəsi, Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ probleminin nizamlanması üzrə əldə olunan razılaşmaya dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, – deyə bəyanatda bildirilib.
Bəyanatda, həmçinin Azərbaycanın Rusiyanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda vacib strateji tərəfdaşı olduğu vurğulanıb.



