"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

TQDK Təhsil Nazirliyinin iradlarına cavab verdi

12 İyul 2016 - 21:56
in XƏBƏR LENTİ

Ölkə Prezidentinin Fərmanına əsasən, 2012-ci ildən hal-hazıradək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən respublikanın ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadədə olan I-XI sinif dərsliklərinin (Azərbaycan və rus bölmələri birlikdə: 391 dərslik, 154 müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi aparılıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Komissiyadan bildirilib ki, Bakı şəhərində və bölgələrdə dərslik müəlliflərinin iştirakı ilə dərsliklərin açıq müzakirələri keçirilib və bu müzakirələr internet vasitəsilə canlı yayımlanıb. Müzakirələr zamanı yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış I-VIII sinif dərslik komplektləri ilə bağlı daha çox irad və təkliflər bildirilib. Müzakirələr nəticəsində məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilmiş tapşırıqların məzmuna uyğunluğu baxımından yekun rəylər hazırlanmışdır. Yekun rəylər dərsliklərin yeni nəşrlərində nəzərə alınması üçün Təhsil Nazirliyinə göndərilib.

Qeyd olunub ki, dərsliklərin hazırlanması qaydalarına görə dərsliklər 4 il müddətində istifadədə olduğundan, rəylərdə göstərilən irad və təkliflərin qısa müddətdə düzəldilməsi mümkün deyil: `Bunu nəzərə alaraq, müəllimlərə metodiki köməklik baxımından, həmçinin monitorinqin nəticələrinin ictimiayyətə təqdim edilməsi üçün 2013-cü ildə “Dərslik portalı”(http://derslik.edu.az/) yaradılıb. Bütün yekun rəylər portalda (http://derslik.edu.az/monitoring/level4/) yerləşdirilmişdir. Portaldan indiyədək 1275678 dəfə istifadə edilib, 2332 nəfər qeydiyyatdan keçərək dərsliklər haqqında irad və təkliflərini bildiriblər.

Müəllimlər dərsliklərin yeni nəşrinə qədər tədris prosesində portaldakı materiallardan istifadə edə bilirlər. Çünki yekun rəylərdə yalnız irad və təkliflər deyil, həm də iradların aradan qaldırılması yolları və düzgün variantları göstərilmişdir. Həmçinin müəllimlər tədris prosesində dərsliklərdə rast gəldikləri uyğunsuzluqlarla bağlı portala suallar ünvanlaya bilirlər. Həmin suallar mütəmadi olaraq dərslik müəllifləri və ekspertlər tərəfindən cavablandırılır, fikir mübadiləsi aparılır`.

Bildirilib ki, dərslik müəllifləri yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış dərslik komplektlərinə dair yekun rəylərə də mütəmadi olaraq cavab verirlər və onların cavabları portalda yerləşdirilir:

`Belə ki, bu günlərdə IV sinif dərslik komplektlərinə (2015-ci il nəşri) dair yekun rəylərə müəlliflərin cavabları da portalda yerləşdirilib. Müzakirələrdə iştirak edənlərin, yekun rəyləri hazırlayan ekspertlərin və dərslik müəlliflərinin alim, praktik müəllim, metodist, psixoloq olduqları nəzərə alınarsa, dərsliklər haqqında rəylərə və verilən cavablara iki dövlət qurumu arasındakı münasibət baxımından deyil, elmi-pedaqoji və metodiki müstəvidə aparılan müzakirə kimi yanaşmaq lazımdır.

Bütün bu işlər dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılır. Bununla bağlı, kütləvi informasiya vasitələri nümayəndələrindən verilmiş məlumatları kontekstdən çıxartmamaq, düzgün təhlil aparmaq xahiş olunur`.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ramiz Mehdiyev: `Ermənistan rəhbərliyi özünü gülünc vəziyyətə qoyub`

Next Post

Azərbaycanda polis zabiti qəzada öldü

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda polis zabiti qəzada öldü

Neftin qiyməti 75 dollara qalxacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.