Bu gün, göründüyü kimi, Azərbaycan Rusiyaya Ermənistandan daha çox lazımdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan deyib. O, Kremlin İrəvanla münasibətlərin səviyyəsini aşağı salacağını proqnozlaşdırıb.
“Əgər bu gün Bakı ilə əlaqələr daha əhəmiyyətlidirsə, İrəvanla münasibətlərin səviyyəsi aşağı salınacaq. Azərbaycan bu gün Rusiyaya daha çox lazımdır”, – deyə o qeyd edib.
A.Abramyan əlavə edib ki, Rusiya Azərbaycana görə Ermənistanı ikinci plana salacaq. “Əgər bizi ikinci plana salacaqlarsa, biz də siyasətimizə baxacağıq. Kimə lazım olsaq, ora gedəcəyik”, – deyə o, Rusiyanı ənənəvi erməni üsulu ilə öz aləmində şantaj edib.




