Azərbaycan Dövlət İqtisad Universiteti Dərbənddə öz filialını açmağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Rusiya universitetlərinin bir neçə filialı Azərbaycandə fəaliyyət göstərir. Azərbaycan da öz universitetinin filialını Dərbənddə açmağı planlaşdırır: “Bu istiqamətdə işlər yaxşı gedir”.
Nazir bildirib ki, sentyabr ayında böyük sayda xarici qonaqların iştiraki ilə Bakıda humanitar forum keçiriləcək. Nazir onu da qeyd edib ki, bu forum ölkənin humanitar sahədə böyük işlər gördüyünə bir daha sübutdur.




