"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qarabağda iki müharibə xəbərdarlığı – biri Rusiyadan, o biri ABŞ-dan…

14 İyul 2016 - 09:03
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qarabağda iki müharibə xəbərdarlığı – biri Rusiyadan, o biri ABŞ-dan...

Sülh axtarışlarının ləngliyi savaşı qaçılmaz edir; Azərbaycan əsilli tanınmış rusiyalı ekspert: “Konflikt yalnız böyük müharibə nəticəsində həllini tapacaq”; “Bloomberg”ə görə isə, Rusiya Ermənistana təzyiq etməsə, problem dinc yolla nizamlanmayacaq…

4 günlük aprel müharibəsindən üç aydan artıq vaxt ötür. Bu müddətdə Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik fəallıq artsa da, Rusiya, ABŞ və Fransa prezidentləri səviyyəsində telefon diplomatiyası güclənsə də, hələlik Qarabağda yeni və daha böyük müharibənin baş verməyəcəyinə dair əsaslar zəif və kövrək olaraq qalır.
Bu da əlbəttə, onunla bağlıdır ki, dinc nizamlama prosesində sıçrayışlı irəliləyiş hələ ki üfüqdə belə görünmür, yoxdur. Vasitəçilər, güc mərkəzləri tərəfindən yenə də ənənəvi ümidverici, növbətçi bəyanatlar səslənməkdədir. 22 illik danışıqlar təcrübəsi isə belə bəyanatlarla problemi nizamlamağın mümkün olmayacağına artıq çoxdan öz möhürünü basıb.
Situasiyanın özəlliyi və həssaslığı isə odur ki, aprel döyüşləri mövcud status-kvonun tezliklə dəyişdirilməsi  zərurətini bütün ciddiliyi ilə ortaya qoyub. Bəs status-kvo dəyişəcəkmi?
Nüfuzlu ekspertlərin və analitik mərkəzlərin bu yöndə rəy və proqnozları təsəlli və nikbinlik üçün əfsuslar olsun ki, az əsas verir. Demək, böyük müharibə qaçılmazdır?
***
 
“Hamının hamı ilə hərtərəfli haqq-hesab çürütməsinin vaxtı çoxdan çatıb”.
Musavat.com-un məlumatına görə, bunu Rusiya İslam Komitəsinin sədri, islam teoloqu və filosof, ekspert Heydər Camal  “Novosti Azerbaydjana” portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ konflikti yalnız böyük müharibə nəticəsində həll oluna bilər – nə vaxt ki, ənənəvi çəkindirici faktorlar daha Azərbaycan üçün keçərli olmayacaq və rəsmi Bakının strategiyasını məhdudlaşdıra bilməyəcək.
“Söyləmək ki, nizamlama yaxındadır, bu, elə o demək olar ki, böyük müharibə də yaxındadır. Bununla isə razılaşmamaq çətindir, çünki hamının hamı ilə hərtərəfli haqq-hesab çürütməsinin vaxtı çoxdan çatıb” – Heydər Camal qeyd edib.
Politoloq Qarabağ məsələsi ilə bağlı nə hazırda özünü göstərən diplomatik fəallıqdan, nə də  Rusiya, İran və Azərbaycan prezidentlərinin gələn ay Bakıda gözlənilən görüşündən münaqişə ilə bağlı real nəticə gözləmir. “Prezidentlərin Bakı görüşündə şübhəsiz ki, Qarabağ mövzusu da olacaq. Ancaq bu, havanı boş yerə silkələmək olacaq. Nədən ki, Əliyev, Putin, Sərkisyan görüşü təzəcə başa çatıb – hansı görüş ki, heç nəyə gətirə bilməzdi və təbii ki, gətirmədi də”, – deyə ekspert bildirib.
***
 
ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi də Qarabağa dair son şərhində sülh və müharibə məsələsinə toxunub. Agentliyin ekspertləri hesab edirlər ki, münaqişənin dinc yolla tənzimlənməsində Rusiya həlledici rolunu saxlayır, lakin Kreml bu roldan lazımınca istifadə eləməkdə maraqlı deyil.
“Rusiya atəşkəs haqda anlaşmanın yerinə yetirilməsinə çalışır və Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları təhvil verməsində təkid eləmir. Bunsuz isə konflikt dinc yolla həllini tapmayacaq” – məqalədə deyilir.
Təhlildə daha sonra bildirilir: “Bizim əlimizdə səbəblər var deyək ki, heç vaxt olmadığı qədər sülh anlaşmasına yaxınıq”. Bu fikri bazar ertəsi Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra bildirib. Diplomatik səylər apreldəki böyük hərbi qarşıdirmadan sonra güclənib. Bu, 1991-cildə SSRİ-nin çöküşündən sonra ermənilərin Azərbaycandan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu ələ keçirdikdən sonra ən böyük eskalasiya idi”.
“Bloomberg” ekspertləri münaqişənin tarixinə toxunaraq yazır: “Anklav əhalisinin erməni çoxluğu öz müstəqilliyini elan edib – hansı ki, başqa ölkələr tərəfindən tanınmayıb. Onlar öz müqəddəratını təyinetmə haqqına iddia edir, Ermənistan da bu mövqeyi müdafiə edir. Azərbaycan isə regiona muxtariyyət verməyə hazırdır, ancaq öz ərazi bütövlüyünə hörmət tələb edir”.
Analitiklər iyulun 14-də ABŞ dövlət katibi Con Kerrinin Moskva səfəri zamanı Qarabağ mövzusunun da müzakirə ediləcəyinə diqqət yönəldərək yazırlar: “Kerri Rusiyanın ali rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Suriya və Ukraynadakı böhranlı vəziyyəti müzakirə eləmək üçün cümə axşamı Moskvada olacaq. Beynəlxalq vasitəçilər sülh əldə olunması üçün ”görünməmiş səylər” göstərirlər (dırnaqlar “Bloomberg”ə məxsusdur – red.)  Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk Qrupu çərçivəsində ortaq vasitəçilərdir. İyunun 20-də Putin Sankt-Peterburqda İlham Əliyev və Serj Sərkisyanla görüşüb. NATO-nun Varşava sammitinin kuluarlarında isə Fransa prezidenti Fransua Olland iki prezidentlı ayrı-ayrılıqda bir araya gəlib”.
“Rusiyanın istədiyi anlaşma odur ki, orada Azərbaycan ermənilərin bir qisim əraziləri qaytarmasının qarşılığında Dağlıq Qarabağın aralıq statusuna razı olsun. Ermənilər isə ”DQR” tanınmayınca ərazi təhvil verməyə hazır deyillər. Sərkisyan əraziləri qaytarmaqdan öncə regionun statusunun referendumla müəyyən olunmasını istəyir” – məqalənin sonunda bildirilir.
***
Beləcə, nüfuzlu analitik mərkəzin təhlilindən də belə qənaət hasil olur ki, əslində Qarabağa yeni və böyük müharibə riski aradan qalxmayıb. Çünki istənilən gecikən sülhün alternativi müharibədir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hitlerin evi yıxılacaq

Next Post

Bu gün 36 dərəcə isti olacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bu gün 36 dərəcə isti olacaq

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.