"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“ABŞ Suriyanı Qarabağa dəyişdirmək istəyir” – Putinin yaxın adamından sensasion iddia

15 İyul 2016 - 08:13
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“ABŞ Suriyanı Qarabağa dəyişdirmək istəyir” - Putinin yaxın adamından sensasion iddia

4 günlük müharibə ilə bağlı yeni versiya; Postsovet məkanındakı münaqişələr iki güc mərkəzinin maraq mübarizəsində “nifaq alması”na çevrilir; aprel savaşlarını ABŞ-ın qızışdırdığını deyən rusiyalı siyasi analitik: “Bu hadisələrə bir neçə ay qalmış Bakının mehmanxanalarında amerikalı hərbi təlimatçılardan ibarət qruplar yerləşdirlib”; “Stratfor”: “Rusiya münaqişənin həllini istəmir…”

Aprel döyüşlərindən sonra Qarabağla bağlı siyasi-diplomatik fəallıq artsa da hələ ki, ortada optimist bəyanatlardan savayı heç nə yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrovun Baklı səfəri də aparılan danışıqlara konkretlik gətirmədi. Hər halda, Rusiya XİN rəhbəri və bu ölkənin ciddi politoloqlarının səsləndirdikləri olduqca nikbin açıqlamalara rəğmən, “yük” yerində qalır. 
Problemin həlli isə sözsüz ki, ən çox Moskvadan asılıdır. Bunu ATƏT-in Minsk Qrupunun digər iki həmsədr dövləti – ABŞ və Fransa, habelə ATƏT sədri Almaniya da etiraf edir. Di gəl ki, Moskva böyük imkan və şansın yaratdığı məsuliyyətə uyğun davranmır, ona bəslənən ümidlərə  barmaqarası baxır, obrazlı desək, “sabun bişirmək” istəmir – hərçənd özünü elə aparır ki, münaqişənin nizama salınmasında ən çox elə o maraqlıdır.
Rəsmi Kremlin belə davranışı sözsüz ki, həm də Qarabağ münaqişənin varlığının şimal qonşumuzdan ötrü böyük önəm daşıması və bölgədə, eləcə də konfliktdə Rusiya-ABŞ maraqlarının toqquşması ilə bağlıdır. Odur ki, Kreml tələsmir, yaxud olduqca ehtiyatlı taktika ilə hərəkət edir.
*    *   *      
Yeri gəlmişkən, srağagün ABŞ-ın nüfuzlu “Bloomberg” agentliyi öz məqaləsində Moskvanın əraziləri boşaltmaq üçün Ermənistana təzyiq eləmək həvəsində olmadığını, deməli, konfliktin çözümünə xüsusi maraq göstərmədiyini   yazmışdı. Dünən isə ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan nüfuzlu “Stratfor” araşdırma şirkəti Qarabağa məsələsi ətrafında son durumla bağlı hesabatda Kremlin konfliktin həllində maraqlı olmadığını qeyd edib (Report).
“Qarabağ münaqişəsi ilə bağlı danışıqlar status-kvoda əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmalıdır. Bu münaqişənin həlli sözdən çox əməli iş tələb edir” – “Stratfor” yazır. Analitik mərkəz aprel hadisələrini xatırladır və o vaxtdan bəri döyüşlərin səngidiyini, amma diplomatik fəallığın yüksəldiyini, münaqişənin beynəlxalq ictimaiyyətin diqqətini çəkdiyini bildirir.
Hesabatda həmçinin, S. Lavrovun bu günlərdə Bakıya etdiyi səfər də xatırladılır. Xüsusi diqqət Lavrovun “danışıqlar heç vaxt olmadığı qədər uğura yaxındır” fikrinə yönəldilir. Eyni zamanda “Stratfor” bu məsələdə hansısa detalın diqqətə çatdırılmadığını qeyd edir.
“Stratfor”un hesabatında ardınca vurğulanır ki, Rusiya bu münaqişədə arbitr rolunu oynasa da, problemi həll olunmasını ən az istəyən ölkədir: “Çünki bu münaqişə ona həm Ermənistan, həm də Azərbaycan üzərində nəzarəti əldə saxlamağa, eləcə də regional rəqiblərindən – Türkiyə və ABŞ-dan bir addım öndə olmağa imkan verir”.
Sənəddə daha sonra deyilir ki, Dağlıq Qarabağa sülhməramlıların göndərilməsi Moskvanın hərbi mövcudluğunu gücləndirəcək. “Bununla belə, bu addım Rusiya qoşunlarını birbaşa hərbi münaqişəyə cəlb olunma ehtimalını artırdığından, Moskva bundan yayınmaq üçün çalışır”.
*    *   *     
Bu arada vəzifəsinə görə prezident Vladimir Putinə yaxın adamlardan biri, Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü, Moskva Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru Andrey Manoylo Qarabağ problemi ilə bağlı kifayət qədər sensasiyalı iddia ilə çıxış edib.
“Svobodnaya pressa”ya müsahibəsində aprel hərbi eskalasiyasına görə məsuliyyəti Amerikanın üzərinə qoyan  Manoylo deyib: “Amerikanlar Qarabağ kartından istifadə eləməklə Rusiyanın Güney Qafqazdakı mövqelərini zəiflətməyə cəhd etdilər. Görünür, niyyətləri həm də bizim sərhədlərimiz boyu başqa konfliktləri də qızışdırmaq idi”.
Analitik ardınca fikrini belə əsaslandırıb: “Uzun illər Qarabağ konflikti dondurulmuş vəziyyətdə qalmışdı. Heç bir dinamika müşahidə olunmurdu. Və qəfildən ötən yaz vəziyyət kəskin dəyişdi. Bu da ona görə baş verdi ki, ABŞ Suriyada Bəşər Əsədi devirməyə imkan vermədiyimiz üçün bizə bu formada cavab vermək qərarına gəldi”.
Rusiyalı professorun sözlərinə görə, Birləşmiş Ştatlar aprel olaylarına bir il qalmış hazırlaşıb: “Mənim həmkarlarım aprel hadisələrinə hələ bir neçə ay qalmış paytaxt Bakının mehmanxanalarında amerikalı hərbi təlimatçılardan ibarət qrupların yerləşdirildiyini görüblər. Amerikanın aktiv müdaxiləsi olmasaydı, münaqişə elə dondurulmuş vəziyyətdə də qalacaqdı. ABŞ yəqin ki, Qarabağda vəziyyəti bir daha gərginləçdirməyəcəyinin əvəzində Rusiyadan Suriya ilə bağlı müəyyən imtiyazlar  almağa çalışacaq”, – siyasi analitik sonda iddia edib.
Andrey Manoylo
Yəni belə çıxır ki, Qarabağ məsələsi iki güc mərkəzi arasında həm də Suriya mövzusunda gizli bir siyasi bazarlıq predmetidir.
 
*    *   * 
Yada salaq ki, aprel döyüşləri başlayanda Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sərkisyan IV Qlobal Nüvə Sammiti çərçivəsində Nyu-Yorkda səfərdə olublar. Rusiyanın aparıcı KİV-ləri isə uzun müddət bu hadisələrə görə Türkiyəni ittiham edib, müharibədə guya Ankaranın maraqlı olması iddiaları ilə çıxış edib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qriqorçuk “Qəbələ”nin qələbəsindən danışdı

Next Post

İri şirkətlər Azərbaycandan niyə gedir?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İri şirkətlər Azərbaycandan niyə gedir?

Dəniz Baykaldan qiyamla bağlı sensasion iddia

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.