"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Büdcə gəlirləri azalır, xərclər artır…

18 İyul 2016 - 08:46
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

  Büdcə gəlirləri azalır, xərclər artır...

Ekspertlərə görə, qeyri-neft sektorundan daxilolmaların artmayacağı şəraitdə, büdcədə ilin sonuna yaxın gərginlik yarana bilər…

Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2016-cı ilin ilk 6 ayı ərzində 3,4 faiz azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ÜDM-in həcmi 17,27 milyard təşkil edib. Yanvar-iyun aylarında qeyri-neft sektorunda tənəzzülün daha güclü olması sayəsində, ÜDM-də neft sektorunun payı daha 2,1 faiz artıb. 
2016-cı ilin ilk 6 ayı ərzində ÜDM-də müxtəlif sektorların payı aşağıdakı kimi olub: sənaye- 38,5 faiz, nəqliyyat vasitələrinin ticarəti və təmiri- 11,8 faiz, tikinti sektoru- 9,1 faiz, nəqliyyat- 6,8 faiz, kənd, meşə və balıq təsərüfatları- 5,1 faiz, turizm və ictimai iaşə- 2,8 faiz, informasiya və rabitə- 2 faiz, digərləri- 16,3 faiz. ÜDM-də vergilərin payı cəmi 7,6 faiz olub. ÜDM-də adambaşına düşən payın həcmi 1800 dollar təşkil edib (azalma 4,5 faiz).
Bundan əvvəl Azərbaycanın neft və qaz gəlirlərinin kəskin azalması haqqında rəsmi statistika açıqlanmışdı. Neftin qiymətinin ucuzlaşması müqabilində, 2016-cı ilin ilk 4 ayı ərzində neft ixracatından əldə edilən gəlir 2,846 milyard dollar təşkil edib ki, bu məbləğ ötən ilin analoji dövrü ilə müqayisədə 34,7 faiz azır. Eyni mənzərə Azərbaycandan təbii qaz ixracında da qeydə alınıb. 2016-cı ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 2,97 milyard kubmetr təbii qaz ixrac edilib. Bu rəqəm ötən ilin analoji göstəricisindən 4,7 faiz azdır. Təbii qaz icracından əldə edilən gəlir bu müddət ərzində 549,2 milyon dollar təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 25,5 faiz azdır.
İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, son iki ayda büdcə gəlirləri kəskin azalıb, xərcləri isə sürətlə artıb: “İlin ilk yarısında dövlət büdcəsində neft gəlirlərinin payı 68,1 faiz olub. Bu ilin son 2 ayına olan büdcə gəlirləri göstəriciləri ciddi narahatlılıq doğurur. Belə ki, bu ilin may ayında dövlət büdcəsinə 740,3 milyon manat, iyun ayında isə 680 milyon manat vəsait toplanıb. Bu isə müvafiq olaraq son 6 aya olan orta aylıq göstəricidən 33,5 faiz və 27,6 faiz azdır. Məlumat üçün qeyd edim ki, dövlət büdcəsinə yanvar ayında 1 milyard 350 milyon, fevral ayında isə 1 milyard 33 milyon manat vəsait toplanmışdı. Qeyd edim ki, bu il Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləği 7 milyard 615 milyon manat və ya ayda orta hesabla 634,5 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir proporsional olaraq bu ilin ilk yarısında dövlət büdcəsinə yığılan vəsaitin 62,1 faizini birbaşa Neft Fondundan transferləri təşkil edir. Bundan başqa, il ərzində dövlət büdcəsinə xarici neft şirkətlərindən vergi daxilolmaları 370 milyon manat proqnozlaşdırılıb, elə təxminən bu qədər də vəsaitin Dövlət Neft Şirkətindən daxil olması gözlənilir. Belə olan halda ilin ilk 6 ayında dövlət büdcəsinin gəlirlərində neft bölməsindən daxilolmaların payı 68 faizdən çox olur. Göründüyü kimi, cari ilin dövlət büdcəsi hələ də neft gəlirlərindən asılı olaraq formalaşır. Odur ki, bu ilin ikinci yarısında büdcənin vəziyyəti və eyni zamanda bununla da xarici faktorlardan asılı olacaq. Hətta neft gəlirlərinin artması paralel olaraq Dövlət Neft Fondundan transferləri çoxalda bilər. Bu isə büdcə gəlirlərin il ərzində 70 faizindən çoxunun bu mənbədən formalaşmasını şərtləndirə bilər”.
Ekspertin sözlərinə görə, rəsmi statistik məlumatlar göstərir ki, dövlət büdcəsinə 6 ayda yığılan 6 133,8 milyon manatın yarısı son 2 ayda – may və iyun aylarında xərclənib: “Son 2 ayda büdcə xərcləmələrinin kəskin artmasında ”Formula 1″ Avropa Qran Pri yarışlarının da rolunun olması da şübhə doğurur. Əvvəlki illərin praktikasından görünür ki, ilin ikinci yarısında, xüsusilə də noyabr-dekabr aylarında büdcə xərcləmələri çoxalır. Bu gedişlə qeyri-neft sektorundan daxilolmaların artmayacağı şəraitdə büdcədə ilin sonuna yaxın gərginlik yaranacagını ehtimal oluna bilər”.
Ekspert Azər Mehdiyev isə basta.info-ya bildirib ki, ÜDM-in tərkibi xərclər üzrə ev təsərrüfatlarının xərcləri, dövlət xərcləmələri, investisiyalar və xarici ticarət saldosundan ibarətdir: “Bütün müşahidələr göstərir ki, ötən ildən bəri bütün bu elementlər üzrə azalma gedir. Əvvəllər Statistika Komitəsinin açıqlamasında ÜDM deflyatoru da təqdim olunurdu ki, bu deflyator nominal ÜDM-lə real ÜDM-in fərqini görməyə imkan verirdi. Hazırda Statkom bu məlumatı açıqlamır, buna görə də qiymətləndirmə aparmaq çətindir. Təəssüf ki, ölkədə ÜDM-in və başqa iqtisadi göstəricilərin alternativ hesablamaları yoxdur ki, təqdim olunan informasiyaların dəqiqlik dərəcəsi müqayisə olunsun. Hər halda müşahidələr ölkədə iqtisadi fəallığın kəskin aşağı düşdüyünü söyləməyə əsas verir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistanda gərginlik artır – Son xəbər

Next Post

Sərkisyana qarşı silahlı qiyam: İrəvandakı qanlı olayın sirri

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Sərkisyana qarşı silahlı qiyam: İrəvandakı qanlı olayın sirri

Ermənistanda 200 nəfər saxlanılıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.