ABŞ Dövlət katibi Con Kerri Türkiyədə hərbi çevrilişi təşkil etməkdə günahlandırılan Fətullah Gülənin ekstradisiyasına münasibət bildirib.
Türkiyədən Gülənin ekstradisiyası barədə rəsmi tələb olmadığını deyən Kerri rəsmi Ankaradan dəlil tələb edib:
“Türkiyə rəsmi qaydada tələb edərsə, onu dəyərləndirərik. ABŞ heç kimi saxlamır. Bizim Türkiyə hökumətindən yeganə istəyimiz dəlillərdir”.
Xatırladaq ki, iyulun 15-dən 16-a keçən gecə baş verən hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. Baş vermiş hərbi çevrilişə cəhddən sonra 29 general, 2389 hərbçi həbs edilib.




