"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Öldürülən generalın köməkçisinin məhkəməsi başlayır

21 İyul 2016 - 09:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Öldürülən generalın köməkçisinin məhkəməsi başlayır

Rail Rzayevin yaxınlarının neqativ münasibət göstərdikləri köməkçini hansı əsasla azad ediblər?

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qətlə yetirilən komandanı, general-leytenant Rail Rzayevin köməkçisi Aydın Rəfiyevin məhkəməsinin vaxtı məlum olub. A.Rəfiyevin işi üzrə proses iyunun 25-də Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçiriləcək. 
A.Rəfiyev bir müddət əvvəl Qaradağ Rayon Məhkəməsinə müraciət edərək cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş edib. Məhkəmə onun xahişini nəzərə alaraq  vaxtından əvvəl azadlığa buraxıb. Qərardan narazı qalan Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Rauf Əsgərov apelyasiya protesti verib.  İttihama əsasən, R.Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyev 2009-cu il fevralın 11-də, R.Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.
Aydın Rəfiyev Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1-ci (mənimsəmə və ya israf etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2-ci (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3-cü (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3-cü (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma, bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə – bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə – bu əməllər ağır nəticələrə səbəb olduqda), A.Haşımov 177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma – şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham olunublar.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bir müddət əvvəl- 8 fevral 2016-cı il tarixli sayımızdakı “Qətlə yetirilən generalın qızından şok açıqlamalar – sirlər açılır” sərlövhəli müsahibədə general R.Rzayevin qızı Rahilə Rzayeva A.Rəfiyevlə bağlı fikirlərini açıqlamışdı.
 
Həmin müsahibədən sitat: “ Aydın Rəfiyev dünyanın altını da, üstünü də bilən adamdır. Adama pislik edəndə, onun yaxını ilə əlbir olub pislik edirlər”.
Qeyd edək ki, R.Rzayev 2009-cu il fevralın 11-də evinin yaxınlığında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Baş vermiş hadisə ilə bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Generalın qətlindən 7 il keçməsinə baxmayaraq, cinayətin üstünün açılması mümkün olmayıb.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

‘Həbslər Türkiyə ordusunu zəiflətməyib’ – Stoltenberq

Next Post

Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı yaranır – sensasion iddia, erməniyə bəd müjdə…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı yaranır – sensasion iddia, erməniyə bəd müjdə...

“Kənd oğlanlarına baxırdım ki, görüm anam atamı...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.