ABŞ prezidentliyinə nazmizəd olan Donald Tramp Türkiyə prezideti Rəcəb Tayyib Ərdoğana öz dəstəyini nümayiş etdirib.
Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, Türkiyədə baş vermiş çevriliş cəhdindən bəhs edən Tramp qeyd edib ki, Ərdoğanın çevriliş cəhdinin qarşısını alması və attığı qətiyyətli addımlar təqdirəlayiqdir.
“Mən Türkiyə prezidentinin bu addımını yüksək qiymətləndirirəm. Bir çox adam deyir ki, bu hakimiyyətin öz planıdır. Ancaq mən söylənənləri reallıqdan uzaq hesab edirəm” – deyə Tramp qeyd edib.




