"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Girov götürülən ordu generalı: `Əllərimi Akın Öztürk açdı…`

25 İyul 2016 - 00:07
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı qiyamçıların əsir götürdüyü ordu generalı, Baş qərargah rəisinin müavini Yaşar Güler başına gələnlər haqda ifadə verib.

 

Yaşar Gülərin danışdıqları hərbi çevriliş planının lideri kimi tövsif edilən, həbs olunduqdan sonra qulağı kəsilən general, Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, Yüksək Hərbi Şuranın üzvü Akın Öztürkün həmin hadisələrdəki roluna dair yeni suallar meydana çıxarıb.

General Yaşar Gülərin dediyinə görə, həmin gün axşam saat 21.25 radələrində Baş qərargahdakı kabinetində təkbaşına çalışırmış. Bu vaxt qapı döyülüb, general “girin” deyib. “Qəfildən səs-küy düşdü, “yerə yat, yerə yat” səsləri yüksəldi. Otağımda silahlı, silahlarını mənə tuşlamış 10 personalı gördüm. İçərilərindən biri təkrar “yerə yat” deyə qışqırdı. Mən də “siz kimsiniz” deyə soruşdum. Təkrar “yerə yat” deyə bağırdılar. Bunlardan bir dənəsini tutub digər tərəfə fırlatdım və yıxıldı. Qalanları daha böyük qəzəblə üstümə cumdular, üzü üstə yerə yıxdılar, biri ayağı ilə başımdan basdı. Əllərimi arxadan bağladılar, ağzımı yapışqanlı lentlə sarıdılar”-Yaşar Gülər danışıb.

Generalın dediyinə görə, üzü üstə yerə uzadılandan sonra içəri girənlərdən biri əlini onun kürəyinə vurub, “komandanım, qorxmayın, təlimdir” deyə istehza edib. Həmin şəxs generalın yavəri Mehmet Akkurt idi.

Generala basqın edənlər sonra onun başına torpa keçirərək yerlə sürüyüblər və dəhlizə çıxarıblar, 3 mərtəbə aşağıya sürükləyiblər. Sonra Baş qərargah binasından çıxarıblar və avtomobilə mindiriblər. Baş qərargahın həyətindən çıxmaq istəyəndə mühafizəçilər darvazanı açmaq istəməyib. Bu zaman Akkurt “qapını aç, yoxsa atəş açaram” deyə onlara qışqırıb. Ardınca atəş açıb, mühafizəçilər də atəş açıblar, generalın olduğu maşına güllələr dəyib.

“Maşında mənim yanımda oturan biri endi və “bir şəhit” deyə bağırdı. O biri tərəfimdə oturana çiynimlə zərbə vurdum. Bu zaman maşının çölündəkilər məni sürüyüb yerə saldı, dizlərimin üstündə asfaltla sürüyüb başqa maşına mindirdilər, hərbi kazarmaya apardılar. Orada xeyli gözlədik, sonra vertolyotla Akıncı Hərbi Hava Bazasına apardılar”.

General Yaşar Gülər qiyamçıların nəzarətində olan Akıncı bazasında bir neçə saat əlləri, ağızı bağlı qalıb. Dediyinə görə aradan xeyli keçmiş səslərindən tanıdığı F-16 və F-4 təyyarələri Akıncı aerodromunun uçuş-enmə zolaqlarını, anqarlarını bombalamağa başlayıb.

“Xeyli rahatladım. Daha sonra qapı açıldı, general Akın Öztürkün səsini eşitdim. “Yahu, Yaşar, sən burada nə gəzirsən, sənin burada olduğundan heç xəbərim yox”dedi. Gözlərimi bağlayan parçanı açdı, bu vaxt otaqda ikimizdən başqa heç kimin olmadığını gördüm. Akın Öztürk qapını açıb çöldə keşik çəkən şəxsə “komandanın əl-ayağını niyə bağlamısınız? Tez oradan bir şey gətir və bunları aç” deyib. Sonra Akın Öztürk Yaşar Gülərin əllərinin və ayaqlarının bağlandığı ipi kəsib. “Qarşımda oturdu, özünün köməkçisi olduğunu bildirdiyi şəxsə otağa çay, su və bir tabakda çərəz gətirməyi tapşırdı. Sonra həmin şəxsə “Yaşar Paşanın evinə zəng vur, sağ olduğunu xəbər ver” dedi. Akın Öztürk danışmağa başladı, mənə xitabən “bu həriflər manyak, sən dövlətə qarşı belə şeyi necə edə bilərsən” dedi. Axşam saat 23.00-dan Akıncı bazasında olduğunu və hərifləri bu çevriliş cəhdindən əl çəkməyə inandırmağa çalışdığını, bir qismini inandırdığnı dedi. Sonra qapıda silahlı növbətçinin olduğunu deyib getdi”-Baş qərargah rəisinin müavini bildirib.

Xatırladaq ki, general Akın Öztürk prokurora verdiyi ifadəsində hərbi çevrilişə başçılıq etmədiyini, əksinə, Baş qərargah rəisinin tapşırığı ilə çevrilişi önləmək üçün Akıncı bazasına getdiyini deyib. Daha sonra Baş qərargah da bəyanat yayaraq Akın Öztürkün Akıncı bazasına çevrilişi önləmək üçün göndərildiyini təsdiq edib. Bu ziddiyətli məqamlara baxmayaraq Akın Öztürk hələ də çevrilişin lideri kimi təqdim olunur, ona həbsdə işgəncə verildiyini, alçaldığını əks etdirən fotolar yayılıb.(virtualaz.org)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvanda vəziyyət gərginləşir – Qiyamçılar təslim olmur

Next Post

`Mən diktator deyiləm` – Ərdoğan

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Mən diktator deyiləm` - Ərdoğan

Sarkisyan qiyamçıların lideri ilə görüşəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.