Almaniyada törədilən partlayış nəticəsində yaralıların sayı 14 nəfərə çatıb.
Xarici KIV xəbər verir ki, yaralıların 3-ün vəziyyətinin ağır olduğu bildirilir.
Partlayışın kim tərəfindən törədildiyi məlum deyil. Partlayış “Eugens Weinstube” restoranının qarşısında baş verib.
Bavariyanın daxili işlər naziri bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb. Onun sözlərinə görə, Almaniyanın Ansbah şəhərində törədilən partlayış zamanı ölən şəxs 27 yaşlı Suriya vətəndaşıdır. Partlayışın Suriya vətəndaşı tərəfindən törədildiyi ehtimal edilir.




