“Ürəyimin damarına stent taxıldı”, “İnfarkt keçirdim, həkim stent qoyaq dedi” kimi cümlələri son zamanlarda eşitmək adi hal alıb. Stentlər ürəyin tac damarları daralanda onu açmaq üçün istifadə olunan, metal tellərdən hörülmüş bir “borudur”. Balon isə uşaqların əlində gördüyümüz uzun şarlara oxşayır, şişirəndə damar açılır. Stent və balon sadəcə ürəyin damarlarına xas olan bir termin deyil, digər damarların da analoq ləvazimatları var.
Dünyada ilk dəfə 1977-ci ildə İsveçrədə Endreas Qruntziq adında bir kardioloq balon şişirərək ürəyin daralmış tac damarını açıb. Daralan tac damarları o vaxta qədər əməliyyatla açılırdı (1964-cü ildən etibarən). Balonla damarı açmaq üsulu populyarlaşır və sürətlə yayılır. Ancaq bir neçə aydan sonra görürlər ki, damarı balonla açılan xəstələrin əksəriyyətində damar təkrar daralır (büzüşür) və xəstənin şikayətləri yenidən peyda olur. Kardioloqlar təkrar daralmanın qarşısını almaq üçün yollar axtarırdılar. 1987-ci ildə çılpaq stentlər kəşf olundu. Ümid edilirdi ki, çılpaq stentlər damarı açıq saxlayacaq və təkrar daralma olmayacaq. Doğrudan da çılpaq stentlərin damarı açıq tutmaq qabiliyyəti balona nəzərən yaxşı idi. Ancaq həkimlərin sevinci uzun müddət davam etmədi və gördülər ki, çılpaq stent taxılan xəstələrin 20-30%-də təxminən 1 il ərzində təkrar daralma meydana çıxır. Stentlər büzüşməsə də içində əmələ gələn toxuma onun daralmasına səbəb olurdu. Stentlərin daralmasını əngəlləmək üçün kardioloqlar təkrar araşdırmalara başladılar. Beləliklə, 2001-ci ildə dərmanlı stentlər kəşf olundu. Dərmanlı stentlər təkrar daralma riskini xeyli aşağı saldı (4-6%), ancaq sıfıra endirmədi. 2000-ci illərin axırlarında əriyəbilən stentlər kəşf olundu. Metal stentlər ömür boyu xəstənin damarında qalır, əriyəbilən stentlər isə təxminən 1 il ərzində əriyib gedir. Əriyəbilən stentlərdə daralma riskinin daha az olduğuna inanılır, ancaq araşdırmalar davam edir. Hazırda müasir tibbdə damarı açmaq üçün dərmanlı stentlər tövsiyə olunur. Güman ki, gələcəkdə onların yerini əriyəbilən stentlər alsın.
Balon və/və ya stent ilə açılan damarların sonradan təkrar niyə daraldığını izah edən çox səbəb var. Stent taxıldıqdan sonra hər xəstəyə qanın laxtalanmasını gecikdirən iki növ dərman yazılır. Həkim xəstəyə bu dərmanları 1 il istifadə etməyi məsləhət görür. Əgər bu dərmanlar həkimin izah etdiyi kimi qəbul edilməsə stentin təkrar daralma ehtimalı çox yüksəkdir və bu, vacib məsələdir. Şəkər xəstəliyi, siqaret, yüksək xolesterol, stentin materialı, qoyulan damarın, yaxud stentin ölçüləri, stenti yerləşdirmə qaydaları və s. rol oynayan digər faktorlardır.
Stentlərin tarixinə nəzər salanda görürük ki, hər dövrdə damarı açmaq üçün yeni bir üsul çıxır və hələ də çıxmaqda davam edir. Hal-hazırda ürəyin tac damarları daralanda onu ömür boyu açıq saxlamağa imkan verən bir üsul yoxdur. Eyni fikir əməliyyat olan və yeni damar əlavə olunan xəstələr üçün də keçərlidir. Məsələni aydınlaşdırmaq üçün çox sayda araşdırma davam edir.