"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Azərbaycan dünyanın diqqət mərkəzində olacaq` – Nazir

28 İyul 2016 - 14:13
in XƏBƏR LENTİ

“Qlobal siyasətdə sürətlə cərəyan edən proseslər və bütün bunların regionun geosiyasi mənzərəsinə fəal təsiri fonunda avqustun əvvəlində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü baş tutacaq. Yeni dünya nizamının formalaşdığı mürəkkəb dövrdə Azərbaycan üçtərəfli formatda belə bir əhəmiyyətli görüşün ev sahibi kimi yenidən dünyanın diqqət mərkəzində olacaq”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bunları Energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.

“İrana qarşı sanksiyaların qaldırılmasından sonrakı dövrə təsadüf edən bu görüşün qlobal enerji və kommunikasiya layihələrinin əsas iştirakçılarından biri kimi bütün dünyada etibarlı tərəfdaş imici qazanmış Azərbaycanda keçirilməsi regionda yeni əməkdaşlıq münasibətlərinin formalaşmasına təkan verəcək.İran üzərindəki sanksiyaların ləğvindən sonra üç ölkə arasında yaranmış yeni münasibətlər mühiti, ilk növbədə, enerji sahəsində işbirliyi üçün zəngin perspektivlər yaradır. Regionda müstəqil enerji siyasəti həyata keçirən Azərbaycan İran və Rusiyanın bu sahədə maraqlarını uzlaşdırmaqla avqust görüşünü enerji əməkdaşlığına zəngin töhfə verəcək platformaya çevirə bilər.

Yanacaq-enerji resurslarının həcminə görə dünyanın ən əhəmiyyətli ikinci bölgəsinə – Xəzər hövzəsinə aid bu üç ölkənin enerji sahəsində müştərək həyata keçirəcəyi layihələr kimi Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi, həmçinin Rusiya və başqa Xəzəryanı dövlətlərdən təbii qazın nəqli dəhlizlərinin yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı görüşündə ölkə rəhbərlərinin qətiyyətli mövqeyi isə bu layihələrin reallaşmasını sürətləndirə bilər”, – deyə nazir vurğulayıb.

Nazirin fikrincə, İran neft-qaz ehtiyatlarını xaricə bazara çıxardılmasında Azərbaycan infrastrukturundan istifadə edə bilər və bu ən real və əlverişli variantdır: “Bu görüşdən digər mühüm bir gözlənti də enerji sahəsində əməkdaşlığa xüsusi prioritetlik qazandıran istiqamətlərdən biri kimi İranın neft-qaz ehtiyatlarının dünya bazarına Azərbaycanın yaxından iştirakı ilə çıxarılmasına nail olmaqdır.

Məlumdur ki, müəyyən müddət ərzində İranın izolyasiyası siyasətinin həyata keçirilməsi Xəzərin karbohidrogen ehtiyatlarının istismarı sahəsində bu qonşu ölkənin hər hansı formada iştirakını məhdudlaşdırmış, İrandan ixrac edilə biləcək neft həcmləri İraq və Xəzər dənizi hövzəsinin neft ehtiyatları ilə əvəz olunmuşdur.

ABŞ-ın Xəzər dənizindəki hazırkı siyasəti isə artıq İran amili ilə müəyyən edilmir və bu ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə nəinki neft və qaz sahəsində birgə layihələrin (Azərbaycanın yeraltı qaz anbarlarının birgə istifadəsi və genişləndirilməsi, Xəzər dənizində birgə axtarış-kəşfiyyat işlərinin aparılması, işlənməsi və s.) reallaşdırılmasına imkan verir, eyni zamanda qazın Avropa bazarlarına nəqlində ən real və əlverişli variant qismində məhz Azərbaycan infrastrukturunun seçilməsinə zəmin yaradır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərəblər Azərbaycanda nə qədər pul xərcləyir?

Next Post

Putin əmr verdi: Suriyada əməliyyatlar başlayır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Putin əmr verdi: Suriyada əməliyyatlar başlayır

Mədət Quliyev: '...Dərhal işdən qovulacaqsınız'

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.