"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentlik səlahiyyəti 7 ilə buna görə qaldırılır

28 İyul 2016 - 14:23
in XƏBƏR LENTİ

Prezidentin səlahiyyət muddətinin 5 ildən 7 ilə artırılması ilə əlaqədar dəyişiklik, düşünürəm ki, seçicilər tərəfindən normal qarşılanacaq.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Axar.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Azərbaycanqəzetinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, səlahiyyət müddəti siyasi qüvvələrin strukturu, siyasi sabitliyin səviyyəsi və geopolitik vəziyyətlə bağlıdır:

 

“Dünya təcrübəsində seçilmiş prezidentlərin səlahiyyət müddətləri müxtəlifdir. Ən çox rast gəlinən müddət 5-7 il arasında dəyişir. Prezidentlik səlahiyyətlərinin müddəti bir sıra səbəblə əlaqədardır. Burada ölkənin siyasi sisteminin xüsusiyyətləri, siyasi qüvvələrinin strukturu, siyasi sabitliyin səviyyəsi və ona təsir göstərən amillərin məcmusu, geopolitik vəziyyət və s. cəhətlər nəzərə alınır. Eyni zamanda, prezidentin səlahiyyət müddətinin dəyişməsi adi konstitusion dəyişikliklər norması sayıla bilər. Müxtəlif ölkələrdə prezidentin səlahiyyət müddəti ilə əlaqədar normalar dəyişdirilib. Siyasi praktikada bu, o qədər də xüsusi əhəmiyyət kəsb edən məsələlər sırasına daxil edilmir. Ona görə də prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması ilə əlaqədar dəyişiklik, düşünürəm ki, seçicilər tərəfindən normal qarşılanacaq”.

 

Ölkəmizin erməni təxribatı ilə üz-üzə qaldığını xatırladan Əli Əhmədov xarici qüvvələrin təsirini zərərsizləşdirmək və sabitliyi qorumaq üçün referendumun vacib olduğunu deyib:

 

“O da unudula bilməz ki, ölkəmiz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib və son zamanlar erməni tərəfin təxribatları sabitliyə ciddi təhlükəyə çevrilib. Tez-tez dəyişikliklər (bu dəyişikliklər tam qanuni əsaslarda olsa belə) müəyyən şərtlər daxilində (müharibə şəraitində istənilən təxribat həmin şərtlər rolunu oynaya bilər) sabitliyə real təhlükə yaratmaq iqtidarındadır.

 

Eyni fikirləri xaricdən gözlənilən təhdidlərlə əlaqədar da söyləmək mümkündür. Azərbaycana yaxın bölgələrdə qarşıdurmalar, müharibələr, fəlakətlər, terrorizm və bunların nəticəsi olan kütləvi köçlər davamlı xarakter alıb. Vəziyyətin yaxın zamanlarda sabitləşəcəyini söyləmək həddindən artıq optimizm nümunəsi olardı. Müşahidə olunan münaqişələrin və onun nəticələrinin coğrafiyasının genişlənməsidir. Belə vəziyyətdə ölkəni mümkün təhlükəli təhdidlərdən sığortalamaq, sabitliyi qoruyub saxlamaq həyati əhəmiyyət kəsb edir. Tez-tez keçirilən, cəmiyyətdə ehtirasları və siyasi ambisiyaların dərəcəsini həddən ziyadə artıran siyasi kampaniyalar, seçkilər təbii ki, belə siyasi kampaniyalardandır, sabitliyin pozulması təhlükəsini real olaraq artırır. Bununla əlaqədar elə bir optimal modelin seçilməsi ehtiyacı yaranıb ki, o, bir tərəfdən haqqında söhbət açdığımız sabitliyə təhlükə yaranmasına imkan verməsin, digər tərəfdən isə demokratik normalar zərər çəkməsin. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, düşünürəm ki, həmin modelin yaradılması nöqteyi-nəzərindən ən yaxşı variant sayıla bilər”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mədət Quliyev: ‘…Dərhal işdən qovulacaqsınız’

Next Post

Poroşenko: “Konstantinopola ehtiyacımız var”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Poroşenko: “Konstantinopola ehtiyacımız var”

`SOCAR Türkiye`-dən daha bir rəhbər işdən çıxarıldı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.