"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İran niyə Bakını yox, İrəvanı seçdi? – ŞƏRH

28 İyul 2016 - 15:44
in XƏBƏR LENTİ

Xəbər verdiyimiz kimi, İran Gürcüstana qaz ixracını Ermənistan ərazisindən keçməklə həyata keçirəcək. Bu barədə İranın neft naziri Bijan Zanqane Ermənistan energetika və təbii sərvətlər naziri Levon Yolyanla görüşün yekunlarına dair açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq ölkələr arasında saziş imzalanıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Beləliklə, İran qazı Ermənistan ərazisindən Gürcüstana nəql olunacaq. Tehran yeni marşrutla Avropaya da qaz ixrac etməyi planlaşdırır. Halbuki İran qazının Gürcüstana Azərbaycan üzərindən nəql ediləcəyi gözlənilirdi. Göründüyü kim, rəsmi Tehran bu dəfə də Azərbaycanı yox, Ermənistanı seçdi.

Siyasi və iqtisadi ekspertlər hesab edir ki, İran tərəfinin atdığı bu addım sırf siyasi xarakter daşıyır.

Politoloq Fikrət Sadıqovun fikrincə, İran və Ermənistan arasında enerji sazişinin imzalanması bizim üçün təəccüblü görünməməlidir: “İranla Ermənistanın münasibətləri yüksək səviyyədədir. Rəsmi Tehran ərazi bütövlüyümüzü tanısa da, Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlarda dəstəkləsə də, Ermənistanla münasibətləri pozmaq istəmir. Bununla bağlı İran müxtəlif izahatlar verir ki, guya Ermənistan qonşu dövlətdir, kommersiya formatında münasibətlər qurulur. Amma, əslində bu belə deyil”.

Politoloqun sözlərinə görə, İran bu addımı ilə bir tərəfdən Ermənistanı özünə yaxınlaşdırmaq, asılı etmək, eyni zamanda regionda yaranan vəziyyətlə əlaqədar müəyyən mesajla çıxış etmək istəyir.

“İran göstərmək istəyir ki, istədiyim ölkənin ərazisindən istifadə edirəm, siyasi addımlarım müstəqildir, heç kimdən asılı deyil. Bu ölkənin Azərbaycanla qonşuluq münasibətləri varsa, Ermənistanla da münasibətləri pozmaq istəmir. Bu, əslində müsəlman, islam həmrəyliyi anlayışına müəyyən mənada ziddi addım hesab oluna bilər. Türkiyə Azərbaycana görə Ermənistanla sərhədləri bağlayıb, diplomatik münasibətləri bərpa etmirsə, İran da buna bənzər addımlar ata bilər. Atmırsa, deməli bunun arxasında hansısa ciddi siyasi məqamlar var”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirib ki, imzalanan saziş Ermənistanla İran arasında enerji əməkdaşlığına dair uzun illər ərzində aparılan siyasətin davamı və genişləndirilməsi istiqamətində atılan addımdır: “Eyni zamanda imzalanan sazişlə Qafqazda tranzit ölkələrə çevrilmək istədiklərinin mesajını vermək istəyirlər. Ancaq, bu məsələnin nə dərəcədə real olacağı bəlli deyil. Çünki, bunun üçün infrastruktur gərəklidir. Ermənistanın isə mövcud infrastrukturu şimaldan cənuba doğrudur. İnfrastrukturu yaratmaq üçün külli miqdarda vəsait yoxdur. İranın isə bu vəsaiti xərcləyəcəyi bəlli deyil. Ancaq, mümkündür ki, İran həmin layihəyə investisiya versin. Gürcüstana kiçik 300-400 milyon kub metr həcmində qaz bazarını diverifikasiya etmək üçün qaz lazımdır. Bu həcmdə qaz almaq üçün kiçik bir kəmərə ehtiyac var. Bu kiçik kəmər üçün İran bir neçə milyon investisiya edə bilər. Bununla da göstərə bilər ki, regionda özünün enerji siyasətin genişləndiir. İran kommeriya baxımından sərf olumasa belə siyasət naminə edə bilər”.

İranın Avropaya qaz çıxarmasına gəlincə, ekspert bildirib ki, bu nağıldan başqa bir şey deyil: “Gürcüstan ərazisindən keçən qaz kəmərləri Azərbaycana məxsusdur. İran isə bu halda Azərbaycanın kəmərlərinə qoşulmalıdır. Gürcüstan ərazisindən isə qazı sıxılmış halda ixrac edilə bilər. Əgər İran bu formada qazı ixrac etməyi düşünürsə, bu artıq baha başa gələcək.

Əgər İran Avropaya ixrac etmək istəyirsə, ya Azərbaycana satar, ya da Türkiyə üzərindən ixrac edər. Ona görə də bu siyasi gedişdir. Hansı ki, İranın regionda enerji nüfuzunun artırılmasına xidmət edir. Ermənistan isə İranın bu siyasətində vasitəçi kimi istifadə edir. Çünki, Ermənistanın qaz nəql etmə sistemi “ArmRos Qazprom” şirkətinin tabeliyindədir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

6 ayda 31 ton yarasız ət aşkarlanıb

Next Post

Azərbaycanda 364 min nəfərdən çox şəxs aylıq sosial müavinətlə təmin olunur

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycanda 364 min nəfərdən çox şəxs aylıq sosial müavinətlə təmin olunur

Azərbaycan Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.