"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ABŞ qondarma “erməni soyqırımı”nı tanıya bilər, əgər…

03 Avqust 2016 - 10:26
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ABŞ qondarma “erməni soyqırımı”nı tanıya bilər, əgər...

Ekspertlərə görə, Türkiyə ilə münasibətlərdə soyuqluq davam edərsə, bunun baş verməsi mümkündür

“ABŞ-ın qondarma ”erməni soyqırımı”nı tanımaq ehtimalı var”. Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta bəyan edib. Onun sözlərinə görə, bu istiqamətdə işləyən konqresmenlər məsələ ilə bağlı əlavə dəstək alacaqlar.
Qeyd edək ki, daha öncə də Almaniya Türkiyə ilə münasibətlərinin soyuqlaşması fonunda uydurma  məsələni tanımışdı. İndi də Türkiyədə baş verən hərbi çevrilişdən sonra bu ölkənin ABŞ-la münasibətlərində problem yaşanır. Bir tərəfdən, Türkiyə rəsmiləri ABŞ-ı çevrilişə dəstək verməkdə ittiham edir, digər tərəfdən, ABŞ Fətullah Güləni Türkiyəyə verməməklə bu narazılığı daha da artırır. İki ölkə rəsmiləri arasında da sərt bəyanatlar səslənməkdədir. Bəs ABŞ Almaniya kimi saxta soyqırımı tanıya bilərmi?
 
“Yeni Müsavat”a açıqlamasında bu ehtimala münasibət bildirən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Türkiyə ilə münasibətlər soyuqlaşmaqda davam etsə, qondarma erməni soyqırımının qəbul edilməsi reallaşa bilər: “Prinsipcə, ABŞ-ın bəzi ştatlarında soyqırımla bağlı qətnamələr qəbul edilib. Ara-sıra Amerika Konqresinin komissiyalarında da bu müzakirə edilir, lakin son anda səsvermə ərəfəsində vaz keçiblər. Türkiyə ilə strateji münasibətlərin əhəmiyyətini nəzərə alaraq buna getməyiblər. Heç kimin ağlına gəlməzdi ki, Türkiyə ilə çox sıx münasibətlərdə olan, milyonlarla türkün yaşadığı Almaniya erməni soyqırımını qəbul etdi. Halbuki o ölkədə heç 50-10 min erməni yoxdur. Hesab edirəm ki, ABŞ-la Türkiyə münasibətləri də soyuya bilər. Çünki ABŞ Fətullah Güləni Türkiyəyə iadə etməyəcək. Onu da istisna etmirəm ki, ermənipərəst konqresmenlər bu fürsətdən istifadə edib, soyqırımı qəbul etmək üçün yararlanacaqlar. Türkiyədə terror törədən, yüzlərlə insanı ABŞ bu ölkəyə geri vermirsə, onun qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etməsi də gözləniləndir. Onu da nəzərə almaq lazımdır ki, Barak Obama artıq prezidentliyi ilə vidalaşır. O prezidentliyə namizəd olarkən erməni lobbisinə vəd etmişdi ki, soyqırımı tanıyacaq. İndi Obamanın bir neçə ayı qalıb və yəqin ki, o, bu addımı atacaq”.
Politoloq Qabil Hüseynli də bildirdi ki, Türkiyə ABŞ-la münasibətlərində ehtiyatlı olmalıdır, əks halda, qondarma soyqırım qəbul edilə bilər: “Çox asanlıqla bu məsələ ABŞ-da gündəmə gələ bilər və hətta qəbul edilə bilər. Əgər Türkiyə münasibətləri bir Güləndən ötrü pozsa, bütöv bir dövlətin maraqlarını qurban versə, Amerika bu məsələni gündəmə də gətirər, çox asanlıqla qəbul da edə bilər. ABŞ-ın qondarma soyqırımı qəbul etməsi isə artıq Ermənistanın qarşısında yaşıl işıq yandıracaq və o, Avropa Məhkəməsində təzminat davası aça bilər, Türkiyənin qarşısında çox ciddi tələblər irəli sürə bilər”.
 
Q.Hüseynli qeyd etdi ki, Türkiyə bu məsələdə siyasi qaydalara uyğun davranmalıdır: “Gülənin taleyi məhkəmə yolu ilə həll edilməlidir, dövlət bu işə qarışmamalıdır. Vəkil tutmalıdırlar, vəkilə lazım olan sənədləri, sübutları verməlidirlər, bu sübutlarla məhkəmə araşdırması təyin edilməlidir. Amerikada məhkəmələr müstəqildir, hər hansı siyasi qərara tabe deyil. Gülənin Türkiyəyə verilib-verilməməsinə dair məhz məhkəmə qərar çıxarmalıdır. İndi məhkəmə qərarı çıxarılmamış, mitinqdə çıxış edib, ”Siz Güləni bizə verməlisiniz” deyə çığırmaqla,  təhdid etməklə məsələ həll olunmur. İstənilən təhdidi ABŞ edə bilər. Türkiyənin əlində nə var ki… ABŞ-la münasibətlərin pozulması Türkiyə üçün böyük fəlakət olar. Mənim düşüncəmə görə , ABŞ-la münasibətlərin üstündə əsmək lazımdır. Gülən bu gün-sabah ölüb gedəcək və ya başqa bir dövlətə ötürüləcək. Türkiyə hakimiyyəti Gülən haqda ölüm hökmü çıxarıb. Ölüm hökmü çıxaran ölkəyə heç kimi vermirlər. Lakin ABŞ-ın soyqırımı qəbul etəsini də gözləmirəm. Türkiyə kimi dövləti belə kiçik məsələlərə qurban vermək olmaz”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

17 abituriyent TQDK-nın səhvin tutdu

Next Post

İnternat məktəblərinin adları dəyişdi – SİYAHI

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İnternat məktəblərinin adları dəyişdi - SİYAHI

FHN əhaliyə müraciət etdi- VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.