"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

690 bal toplayan abituriyent: ‘Neft çıxarmaq uşaqlıq arzum idi’

03 Avqust 2016 - 13:40
in XƏBƏR LENTİ
690 bal toplayan abituriyent: 'Neft çıxarmaq uşaqlıq arzum idi'

I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbini (BANM) seçən abituriyentlərdən biri də Qədimli Röya Xəlil qızıdır. O, 690 bal toplayıb və BANM-in “Kimya mühəndisliyi” ixtisasını seçib. Qədimli Röya Xəlil qızı 1998-ci ilin dekabrında Ağdaş rayonunun Qaradağlı kəndində anadan olub. İbtidai sinfi Qaradağlı kənd məktəbində oxuyub. 5-11-ci siniflərdə isə, o, Ağdaş rayonu Maqsud Şeyxzadə adına Texniki humanitar və təbiət təmayüllü gimnaziyada təhsil alıb. Röya Qədimli orta məktəb illərində əlaçı olub. Özünün bildirdiyinə görə, texniki fənləri, xüsusilə fizika və riyaziyyat fənlərinə daha çox marağı olub.
Röya BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinə seçimi ilə bağlı danışıb:
– Orta məktəbdən riyaziyyatı və fizikanı çox sevirəm, məndən iki yaş böyük qardaşım bu fənləri sevdiyi üçün məndə də bu fənlərə belə maraq yarandı. Əsas da fizikanı o mənə sevdirib. Qardaşımla birlikdə böyümüşəm. Elmə yönəlmişik. Uşaqlıqdan həmişə neft-qaz mühəndisi olmaq istəmişəm, amma kimyanı seçəcəyəm. Neft-qaz mühəndisliyini ona görə sevirəm ki, əmim dənizdə çalışır, gəmi kapitanıdır. Əmimi çox istədiyim üçün dənizi də sevirəm və bu sahə mənim üçün doğmadır.
– Bəs dənizin fırtınası qorxutmazdı səni?
 
– Xeyr, qorxmazdım. Əzmkarlıq cəsarət tələb edır. Mən özümü zəif hesab etmirəm. Hazırda özümü gələcəyin kimya mühəndisi kimi görürəm. Baxmayaraq ki, 7-ci sinifdə qərar vermişdim ki, neft-qaz mühəndisi olacağam.
– Humanitar fənlərə marağın olmayıb?
 
– Ədəbiyyata marağım var. Bədii ədəbiyyatda detektiv janrını çox sevirəm. Çingiz Abdullayevin yaradıcılığını çox sevirəm və əsərlərinin bir çoxunu oxumuşam. Həmçinin Aqata Kristinin, Artur Konan Doylun detektiv əsərlərini oxumuşam.
 
– BANM-də oxumaq sənin arzun olub…
– Bakı Ali Neft Məktəbi yarandığı ilk ilindən mən burada təhsil almağı fikirləşdim. Respublikadakı nüfuzuna  və reytinq cədvəllərində ön sırada olduğuna, təhsil səviyyəsinə görə BANM-i seçdim. Tələbələrinin uğurları, istehsalat təcrübəsinin yüksək səviyyədə təşkili, mühit, yüksək səviyyədə təhsil verdiyinə görə buranı seçdim. Bununla yanaşı, Bakı Ali Neft Məktəbində oxumağın çətin oldugunu bilirəm. Buna görə də mən bütün bacarığımı sərf etməyə çalışacağam. Bilirəm ki, birinci il burada “İngilis dili” ilboyu tədris olunur. İngilis dili biliklərimi zənginləşdirəcəyəm. Özümə inamım var.
 
– Kimya mütəxəssisi olaraq gələcəkdə özünü harda görürsən?
– Neft çıxarmaq uşaqlıq arzum idi, buna görə də neft-qaz mühəndisi olmaq istəyirdim. İndi isə, “Kimya mühəndisliyi”ni seçmişəm. Gələcəkdə neftayırma zavodunda işləyəcəm. Neftin tərkibini yoxlayacam.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya Dövlət Dumasının deputatı: ‘Şimal-Cənub” layihəsini işə salmağın vaxtı çatıb’

Next Post

MSK: Seçici siyahıları referendumun yüksək səviyyədə keçirilməsi üçün tam hazır sayıla bilər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

MSK: Seçici siyahıları referendumun yüksək səviyyədə keçirilməsi üçün tam hazır sayıla bilər

Bəşirdən Ərdoğana jest: Gülən məktəbləri bağlanır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.