"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Bank of Baku”nun 500 avro rəzaləti…

03 Avqust 2016 - 16:48
in XƏBƏR LENTİ

Müştəri və bank münasibətləri son iki ildə ölkənin maliyyə sektorunun həlli  tapılmayan problemidir. Bunun nəticəsidir ki, vaxtı keçmiş kreditlər kredit portfelinin 8,3 faizinə qədər yüksəlib. Nəzərə alsaq ki, dünya praktikasında qırmızı xətt 5 faiz təşkil edir, deməli, banklarımızın vəziyyəti heç də ürəkaçan deyil. Ekspert araşdırmalarına görə, problemli kreditlər  ölkədə fəaliyyət göstərən 33 bankın 22-də mövcuddur. Vəziyyətin bu həddə çatmasında müştərilərin ödəmə qabiliyyətlərinin azalması, bəzən məsuliyyətsizlikləri rol oynadığı kimi bankların yüksək faizlə kredit vermələrinin, hər fürsətdə müştərini aldatmalarının da payı az deyil. Hətta çoxdur, desək, yanılmarıq.

Banklar 500 avroluq əskinasları “dövriyyədən çıxarıb”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Adının açıqlanmasını istəməyən bank müştərisinin  ünvanladığı şikayətə görə, “AG Bank”dan avro ilə kredit götürüb. Hər ay müntəzəm olaraq annuitet ödəniş aparıb: “AGBank”da avronun məzənnəsi yüksək hesablandığından mübadiləni “Bank of Baku”da apardım. Bundan sonra “AG Bank”a avro ilə kredit ödənişi etdim. Bankdan mənə mesajla 500 avroluqların dövriyyədən çıxarılmasına, eləcə də 100 avro cərimələndiyimə dair xəbərdarlıq daxil oldu. Məsələ ilə bağlı ”AG Bank”la əlaqə saxladıqda, beynəlxalq standartları əsas gətirərək 500 avro ilə edilən ödənişlərin məhdudlaşdırıldığını bildirdilər”.

Palata: “500 avroluq əsginaslar öz dəyərini tam şəkildə saxlayır”

Xatırladaq ki, cari ilin may ayında Avropa Mərkəzi Bankı “terroru maliyyələşdirmənin” qarşısını almaq məqsədilə hazırda etibarlı olan 500 avro əskinası gələcəkdə buraxmayacağını bəyan etmişdi. 2018-ci ilin sonuna yaxın isə bu əskinasların tamamilə dövriyyədən çıxarılacağını bildirmişdi.
Onu da qeyd edək ki, Avropa Mərkəzi Bankının bu açıqlamasından sonra Azərbaycanın bank sektorunda 500 avroluq əskinasların dövriyyədən çıxarılması ilə bağlı anlaşılmazlıq yarandı. Belə ki, banklara müraciət edən vətəndaşlar 500 avroluq əskinasların qəbul edilməməsi, dəyişdirilməməsi və s. problemlərlə üzləşdilər. Çoxsaylı müraciətləri nəzərə alaraq Maliyyə Bazarlarına Nəzarət Palatası banklara məktub ünvanladı.
Məktubda aşağıdaklar göstərilirdi: “Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixində rəsmi internet səhifəsində yerləşdirdiyi məlumatda 500 avroluq əskinasın qeyri-qanuni fəaliyyəti asanlaşdırmaq ehtimalını nəzərə alaraq, 2018-ci ilin sonuna yaxın sözügedən əskinasın çapını dayandıracağı bildirilir. Bununla belə, hazırda mövcud olan və 2018-ci ilin sonunadək çap olunacaq bütün 500 avroluqlar digər əsginaslar kimi öz dəyərlərini tam şəkildə saxlayır və onlardan ödəniş vasitəsi kimi istifadə olunması davam etdirilir”.
Bununla da, Maliyyə Bazarlarına Nəzarət Palatası banklara əskinasla edilən ödənişlərin məhdudlaşdırılmaması tapşırığını vermişdi. Göründüyü kimi, “AG Bank”ın belə bir addım atması təkcə müştərisinin hüquqlarını tapdalamaq deyil, həm də Palatanın tapşırığından kənara çıxmasıdır.

“Müştəri bankı məhkəməyə verib hüququnu tələb edə bilər”

 

İqtisadçı-ekspert Samir Əliyev bildirdi ki, 500 avroluq əskinaslar dövriyyədən çıxarılmayıb: “İkinci bir tərəfdən, pul vahidi əgər  qanunsuzdursa, onda Azərbaycanda nə gəzir və “Bank of Baku” niyə onu satır? Deməli, “Bank of Baku” da qanunsuz iş görüb. Bundan əlavə,  problem var idisə, əvvəlcədən “AG Bank” ödənişi qəbul etməzdi. Ödənişi qəbul edib, sonradan cərimə tətbiq etməklə bank müştərisinə qarşı qanunsuzluğa yol verib”.

Bankın cərimə etmək hüququ olmadığını vurğulayan ekspert bildirir ki, müştəri o zaman cərimə edilə bilər ki, ödənişlərini gecikdirsin: “Bankın başqa fəaliyyətə görə, müştərini cərimələmək hüququ yoxdur. O dövlət qurumu deyil ki, valyutanın dövriyyədən çıxmasına və ya saxta olmasına görə cərimə tətbiq etsin. Bu, sadəcə sui-istifadədir. Müştəri bankı məhkəməyə verib, hüququnu tələb edə bilər”.
Hüquqşünas Əkrəm Həsənov isə bildirdi ki, əgər bank hansı valyutada kredit veribsə, həmin valyutada da ödəniş həyata keçirməlidir: “Yalnız valyutanın məxsus olduğu ölkənin həmin pulun dövriyyədən çıxarılmasını elan etdiyi halda bunu qəbul etməyə bilər. Avropa Mərkəzi Bankı 500 avroların dövriyyədən 2018-ci ildə çıxarılacağını açıqlayıb. Buna görə bank pulu dövriyyəyə buraxan ölkənin tələblərinə uyğun addım atmalıdır. Bankın müştərini cərimələməsi özbaşınalıqdır”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sərkisyan Moskvaya gedir – Təcili

Next Post

İlhamə Quliyevanın 200 minlik sirri üzə çıxdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İlhamə Quliyevanın 200 minlik sirri üzə çıxdı

Şok: Davudoğluya yaxınlaşan şəxs: "Məni öldür, yoxsa..."

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.