"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Emin Leyla Əliyeva ilə tanış olmasından danışdı

25 Avqust 2014 - 15:46
in CƏMİYYƏT, MARAQLI

img1624483Müğənni-bəstəkar Emin Rusiyanın “Doroqoe udavolstvo” jurnalına müsahibə verib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu toy bizim öz qərarımızla baş verdi və bir-birimizə olan həqiqi hisslərimiz idi

O, müğənniliyin onun uşaqlıq arzusu olduğunu deyib:
“Musiqi həyatıma biznesdən daha əvvəl – 12 yaşımda gəlib. Atam iş adamıdır, hörmətli insandır, əhatəsi genişdir. Kimdənsə asılı olmamaq, onun diqqətinə layiq olmaq istəyirdim. Öz ayaqlarım üstündə durmağa çalışırdım. Düşündüm, nə qədər ki, bunu etməyəcəm, musiqiçi olmağa haqqım yoxdur. Buna görə də, 15 yaşımda satıcılıq etməyə başladım. Bir saata 5 dollar 50 sent qazanırdım. 17 yaşımda isə mənim artıq öz biznesim var idi, gəlirim də pis deyildi. O vaxt Amerikada yaşayırdım. Məktəbi yenicə bitirmişdim, Rusiya məhsulu olan saatlar, mücrülər, digər xırda əşyalar satırdım. Mən ən önəmli kolleksiyaçılardan biri olmuşdum. Bu bir növ “e-bay” tipli idi. Həftədə 800 auksionum olurdu. Bu işə balaca qarajda başladım. Sonra bu, böyük ofisə çevrildi. İlk işimdə atam mənə dəstək olmayıb. O, heç o vaxt “e-bay” nədir, bilmirdi. Həftədə 800 hərrac keçirirdim. Mən Amerikada iqtisadiyyat, ticarət sahəsində təhsil almışam. Ona görə də, bu işləri yaxşı bacarıram”.
Emin ailənin tək oğlu olmasından təəssüfləndiyini bildirib:
“Bir bacım var. Amma qardaşım yoxdur. Buna görə də, çox təəssüflənirəm. Əgər qardaşım olsaydı, musiqi ilə məşğul olmağa daha çox vaxtım qalardı. Mən asılı olmağı sevmirəm. Gənc yaşlarımda nəsə almaq üçün mütləq atamdan pul istəməli idim. Çünki heç vaxt cibimə qoymağa pul vermirdi. 15 yaşım olanda qərar verdim ki, bir daha atamdan pul istəməyəcəm. Özüm qazanmalıyam. Sözümü tutdum və bacardım. Mənim uşaqlığım var-dövlət içində keçməyib. 12 yaşıma qədər sovet dövründə yaşamışam. Atam həmin vaxt universiteti yenicə bitirmişdi. Kiçik şirkətlərlə əməkdaşlıq edirdi. Biznesə başlayan kimi məni xaricə, ciddi bir məktəbdə oxumağa göndərdi. Səhər 8-də yuxudan durur, otağı özüm təmizləyir, bütün günü ciddi geyinir, qalstuk taxırdım. Atam məktəbimi “gestapo” adlandırır və onlardan məni “insan” etmələrini istəyirdi. Sonra Amerikada oxudum, əvvəl velosipedlə gedib-gəlirdim. Daha sonra özümə motorlu velosiped aldım. İndi atamla iş yoldaşıyıq. Biznesimizi ayırmışıq. Hərəmiz öz işimizlə məşğul oluruq”.
Oğlanları Əli və Mikayıldan danışan ifaçı onların bir-birindən çox fərqləndiyini deyib:
“Oğlanlarım beş yaş yarımlıqdırlar. Əkiz olsalar da, bir-birlərindən çox fərqlənirlər. Valideyn olmaq vacib işdir. Oğlanlarıma insani xüsusiyyətləri – ən çox da dürüstlüyü, adamlara diqqət və hörmət etməyi öyrətmək istəyirəm. Bunu ətrafında dayəsi, işçiləri, cangüdəni olan bir uşağa öyrətmək çətindir. İstədiyin hər bir şeyi ödəyən ailən olanda həqiqətlə üzləşmək bacarığını itirirsən. Oğlanlarımda bu halın baş verməsini istəmirəm. Atam müsahibələrinin birində demişdi ki, valideynlərimiz bizi böyüdəndə imkansızlığı gizlətməyə çalışırdılar. İndi isə biz onları böyüdəndə imkanlarımızı gizlədirik. Mən də bu cür davranmağa çalışıram. İnsaniyyət bütün çətinliklərin açarıdır”.
Emin pullarını nəyə xərclədiyini də etiraf edib: “Pullarımı yeni layihələrə xərcləməyi xoşlayıram. Boş şeylərə pul sərf etmirəm. Mənim iş otağım sadədir. Atam da mənim kimi dəbdəbəni sevmir. Onun qarajında “Rolls Royce” var, amma cəmi iki dəfə onu idarə edib. O, “Mercedes”, mən isə “Range Rover” sürürəm. Atam mənə xüsusi idman üslublu maşın bağışlayıb. Amma onu nadir hallarda idarə edirəm”.
“Siz təkcə varlı deyilsiniz, eyni zamanda Azərbaycan prezidentinin qızı Leyla Əliyeva ilə ailə qurmusunuz. Toy kişi üçün çox önəmlidir. Sizin mərasimi isə bütün dünya izlədi. Həmin gün sizi nə duyğulandırdı və ən çox yadınızda nə qaldı?” sualına isə Emin belə cavab verib:
“Mən həmişə ailəm olmasını arzulamışam. Həmin gün mənim üçün önəmli idi. Biz Leyla ilə Senkt-Morisedə dağ xizəyi olan istirahət mərkəzində tanış olmuşuq. Mən dostlarımla, o isə ailəsi ilə dincəlirdi. Düzdür, atalarımız tanış idi. Amma bizim tanışlığımızda onlar heç bir rol oynamadı. Bu toy bizim öz qərarımızla baş verdi və bir-birimizə olan həqiqi hisslərimiz idi”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Donetskdə separatçılar əsirləri təhqir etdilər – VİDEO

Next Post

Tərtər rayon Mədəniyyət idarəsində nələr baş verir?

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Tərtər rayon Mədəniyyət idarəsində nələr baş verir?

Vasif Talıbov öz kabinetində döyülən naziri işdən qovdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.