"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

YAP rəsmisinin “növbədənkənar seçki olmayacaq” açıqlamasına müxalifətdən reaksiya gəldi

05 Avqust 2016 - 09:33
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

YAP rəsmisinin “növbədənkənar seçki olmayacaq” açıqlamasına  müxalifətdən reaksiya gəldi

“Erkən seçkilərin olub-olmayacağı referendumdan az sonra dəqiq bilinəcək…”

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində  referendumdan sonra növbədənkənar parlament və prezident seçkilərinin keçirilə biləcəyi barədə iddiaların xülya olduğunu bildirib. 
YAP rəsmisi qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi konstitusiyada əvvəl də var idi, indi də var. Seçkilər isə azad və demokratik şəkildə keçirilib. Növbədənkənar seçkilərlə bağlı deyilənlərsə kimlərisə şirnikləndirmək üçün ortaya atılan xülyadır: “Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır”.
Qeyd edək ki, buna kimi həm müxalif düşərgədən, həm də iqtidara yaxın düşərgədən referendumdan sonra erkən seçkilərin keçirilə biləcəyi barədə açıqlamalar səslənmişdi. Hakim partiyanın əsas fiqurlarından sayılan Siyavuş Novruzovun növbədənkənar seçkilər keçirilməyəcəyini qəti şəkildə bildirməsinə müxalifət düşərgəsinin necə yanaşdığına gəlincə, AXP sədri Pənah Hüseyn bildirdi ki, növbədənkənar seçkilərin keçirilməyəcəyi və ya keçiriləcəyi barədə deyilənlər ehtimallardır: “Növbədənkənar parlament və ya prezident seçkilərinin olacağı barədə heç kim indiyə qədər konkret birmənalı fikir söyləməyib. Ehtimal olaraq fikirlər ifadə olunub. Belə ehtimallar kimin nə deməsindən asılı olmayaraq yenə də qalır. Növbədənkənar seçkilərin olub-olmayacağını isə referendumdan bir az sonra dəqiq biləcəyik. İndidən kimsə deyirsə ki, olacaq, kimsə deyirsə ki, olmayacaq, bu fikirlərin özü də fərziyyədir”.
VİP sədri Əli Əliyev isə növbədənkənar seçkilərin keçirilməsinə inamının olmadığını bundan əvvəl də “Yeni Müsavat”a açıqlamasında dediyini xatırlatdı: “Konstitusiyaya edilən dəyişikliklər hakimiyyətin idarəçiliyə münasibətini ortaya qoyur. Referendum müddəalarının hər biri iqtidarı qoruyub saxlamağa, onu sürəkli etməyə yönəlib. Elə isə yeni seçkilərin nə aktuallığı qalır? Dövriyyəyə buraxılan yeni seçkilər barədə ehtimal müxalifətin ”intizama” dəvətidir. Guya keçiriləcək növbədənkənar parlament seçkilərində yer verməyə bilərlər. Bu antireferendum kampaniyasına qoşulmamaq üçün polittexnoloqların düşünüb tapdığı tezis, müxalifətə “ağıllı” olmaq təklifi idi. Təşəbbüs qruplarının yaradılması üçün son müddət başa çatdıqdan sonra bəlli olanda ki, cəmi bir müxalif partiya təşəbbüs qrupu yaratdı, görünür, bu tezisə ehtiyac qalmayıb. Ona görə də YAP yetkilisi məlum açıqlamanı verib. Hər bir halda biz pespublikaçılıq prinsiplərini aradan qaldırmağa yönəlmiş referendum kampaniyasına qarşı fəal təbliğat aparmalıyıq. Əgər növbədənkənar seçkilər keçirilərsə, təbii ki, oraya da qatılmaq vəzifələrimizdəndir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə dedi ki, məntiq və ehtimalla bu tipli dəyişikliklərdən sonra müxtəlif ölkələrdə baş verən hadisələr və təcrübə də göstərir ki, referendumdan sonra ən azı növbədənkənar prezident seçkilərinin keçirilməsi aktual olur: “Bu tipli təcrübələrdə adətən belə olub, hakimiyyət yeni şanslar tanıyıb özünə və referendumun nəticələrindən maksimum bəhrə götürməyə çalışıb. Yəni dünyanın hər yerində belə olub. Parlamentin yenidən seçilmə ehtimalına gəlincə, bu ehtimal nəzəri baxımdan mümkündür. Amma bu, təbii ki, referendumdan sonra və prezident seçkiləri keçirilərsə, ondan sonra dünyada baş verən hadisələr və onun Azərbaycana təsirinin necə olacağından qaynaqlana bilər. Birmənalı surətdə ”keçirilməyəcək” demək bu gün yanlışdır. Təcrübə göstərir ki, keçirilə bilər. Amma birmənalı surətdə “keçiriləcək” demək də yanlış olardı”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sərkisyan çox yaxşı bilir ki… – Millət vəkili

Next Post

Ərəb turistlər barədə bilməli olduğumuz ən önəmli detallar

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərəb turistlər barədə bilməli olduğumuz ən önəmli detallar

“Brent” 44 dollar oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.