"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ərəb turistlər barədə bilməli olduğumuz ən önəmli detallar

05 Avqust 2016 - 09:46
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Ərəb turistlər barədə bilməli olduğumuz ən önəmli detallar

30 nəfərlik turist ərəb ailəsi, lüks həvəskarları və həftəlik 30-40 min avro xərc; onları aldatmağa cəhd etməyin, çünki…

Bu günlərdə Bakı şəhərinin mərkəzi ərəb turistlərin “işğalındadır”. Başı çadralı, ağ əmmaməli, qəbilələr kimi toplu halda gəzən turist ailələri diqqəti cəlb edir. “Yeni Müsavat” isə sizə onların ən xarakter cəhətlərini və bilinməyən tərəflərini tanıdacaq. Məlum, Türkiyə ərəb turistlər məsələsində bizdən qat-qat təcrübəlidir. Bu səbəbdən də Türkiyə saytlarında onlara bələd olmanın detalları barədə maraqlı məlumatlar var. 
Öncə rəqəmlər barədə. Son iqtisadi proseslər fonunda Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan turistlər nisbətən aşağı büdcəli marşrutlar seçməyə başlayıb. APA-nın xəbərinə görə, bu barədə yerli turizm şirkətləri məlumat verib. “Artıq BƏƏ-dən olan turistlər məzuniyyətini dəniz kənarında keçirmək niyyətində deyil. Onlar indiyədək olmadıqları ölkələri və şəhərləri kəşf etmək istəyirlər. Daha çox Sinqapur, Tailand, Malayziya, Maldiv adaları, Azərbaycan, Gürcüstan kimi ölkələr populyardır”, – deyə turizm şirkətlərindən birinin rəhbəri bildirib.
Aşağı büdcəli marşrutlar arasında Azərbaycan və Gürcüstan göstərilib. Bildirilir ki, Azərbaycanda istirahət ərəblərə 490 dollara, Gürcüstanda isə 430 dollara başa gələcək. Rusiya BƏƏ-dən olan turistlər üçün büdcə baxımından sərfəli ölkələr siyahısında birincidir. Qeyd olunub ki, Rusiyaya birbaşa aviareys 328-410 dollar arası dəyişir və bu ölkənin hotellərində 3 gecə qonaqlama ərəb turistlər üçün ortalama 320,5 dollara başa gəlir.
Ümumilikdə isə ərəb turistlər üçün ən yaxşı səyahət fürsətləri olan ölkələrin siyahısında Gürcüstan, Azərbaycan, Hindistan və Şri-Lanka ilk beşliyə daxildir.
 
Türkiyədə ərəb turistlər yerlilərdən fərqlənmir, Bakıda isə… 
Bundan başqa, onlar Bakıda mənzil bazarında da fəaldırlar. Daha çox şəhərin mərkəzindəki mənzillərlə maraqlanırlar. Ümumilikdə isə Azərbaycan qanunvericiliyində xarici vətəndaşların burada mənzil almasına heç bir məhdudiyyət yoxdur. Onlar çoxmənzilli binalardan mənzil ala bilərlər. Daha bir detal. Türkiyədə ərəb turistləri yerlilərdən ayırmaq olduqca çətindir. Çünki xüsusən qadınlar arasında onlar kimi geyinənlər çoxdur. İstanbulun gəzməli yerlərində yerli əhali ilə ərəblər arasındakı fərqi tapmaq üçün diqqətli müşahidəçi olmaq lazımdır. Azərbaycanda, Bakının küçələrində isə bu, dərhal nəzərə çarpır. Çünki Bakı ultra Avropa şəhərini xatırladır.
Bir həftə ərzində 70-80 min avro xərcləyən ərəb ailələri 
Yaxşı, bəs nədir bu ərəb turistlərin xarakter cəhətləri? Ərəb turistlər əsasən ailəlikcə, qələbəlik qruplar halında gəlir. Bir ailə bəzən 30 nəfər olaraq gəlir. Elə varlı ailələr var ki, bir həftə ərzində 70-80 min avro xərcləyib öz ölkəsinə qayıdır. Gələn varlı ərəb turistlər aeroportdan özəl lüks maşınlarla götürülür. Amma cəmiyyətin və ticarətçilərin də ərəblərə baxışı dəyişməlidir. Gələn turistə dərisinin rənginə, irqinə, milliyyətinə baxmadan, qüruru ilə oynamadan xidmət göstərmək lazımdır.
Ümumilikdə isə ərəb turistlər tək və homogen bir qrup deyil. Körfəz ölkələrindən gələnlər Liviya, Fələstin kimi ölkələrdən gələnlər, eləcə də Cənubi Afrikadan gələnlər olmaq üzrə 3 kateqoriyaya ayrılırlar. Körfəz ölkələrindən gələnlər yad ölkələrdə özlərini olduqca rahat hiss edirlər. Tarixi abidələrlə, muzeylərlə maraqlanan ərəb turistlərin sayı azdır. Onların böyük əksəriyyəti komforta düşkündülər. Dəniz mənzərəli restoranlarda yemək yemək, hər cür şəraitli hotellərdə gecələmək onlar üçün önəmlidir. Və bu mənada heç vaxt pul əsirgəmirlər.
Səudiyyə Ərəbistanı, Qətər, Küveyt kimi ölkələrdən gələnlər daha mühafizəkardılar. Həyat yoldaşlarının və ya qızlarının yad kişilərlə danışmasını istəmirlər. Tarixlə çox maraqlanmırlar, daha çox alış-veriş mərkəzlərinə getmək istəyirlər. Fastfood-u çox sevirlər. 
Tunis, Fas, Əl-Cəzirə kimi ölkələrdən gələnlərin üzərində isə ərəb mədəniyəti ilə yanaşı, Fransız mədəniyətinin də izləri var. Dolayısı ilə də tələbləri buna uyğun olur. Daha çox ekzotika ilə maraqlanır, ölkənin mədəniyyətinə maraq göstərirlər.
Başqa bir detal. Ümumilikdə ərəb turistlərin pullu avam, korafəhm olması ilə bağlı yanlış təsəvvür formalaşıb. Bir çox işbazlar elə düşünür ki, onların pulu çoxdursa, asanlıqla aldatmaq, “qapazlamaq”, 5 manatlıq əşyanı 25 manata onlara satmaq olar. Amma təcrübə göstərir ki, ümumən ərəblər təcrübəli turist olduqlarından bu sahədə yetərincə məlumatlıdılar. Artıq 5-10 il əvvəlki ilə müqayisədə onları nə taksi sürücüləri, nə də mağaza satıcıları aldada bilir. O mənada… heç bizimkilər də buna cəhd etməsin.
Rus turist deyib keçməyin, olduqları ölkədə dominantlıq edirlər 
Amma hesab edək ki, ölkəmizə ancaq ərəblər gəlmir. Çünki bu aralar rus turist sarıdan da yarımış sayılırıq. Bəs onları necə tanıyaq, onlarla necə davranaq?
Ruslar 
Təyinedici xüsusiyyətləri: qadınlar daha çox qüsursuz bədən quruluşu, kişilər isə içkiyə meyllilikləri ilə diqqət çəkirlər. Heç bir kompleksləri yoxdur. Qızlar çox rahat şəkildə dostluğa meyl edir. Ailəli turistlər isə uşaqlarına xüsusi önəm verir. Təriflənməyə dəyər vərdişləri: yeməklə bağlı xüsusi kaprizləri olmur. Daha çox öyrənməyə, yeni dadları, yerləri kəşf etməyə maraqlıdılar.
Qüsurları: başqa turistləri, xüsusən də qeyri-avropalıları aşağılama meyli güclü hiss olunur. Getdikləri yerdə dominantlığa meyl etmələri, bəzən yersiz insident yaratmaları bundandır. Ara-sıra şəhərdə gözümüzə dəyən digər xarici turistlərin özəlliklərini də yaddan çıxarmayaq və bəzi əcnəbi turistlərin xarakter cəhətlərini yada salaq.
İngilislər
Təyinedici turist xüsusiyyətləri: qırmızı rəng. Öz ölkələrində Günəş işığına həsrət olduqları üçün, getdikləri yerlərdə özlərini ən güclü Günəş şüalarına əmanət edirlər. Təriflənməyə dəyər davranışları: bir pivəyə qonaq etsəniz, hətta bunu təklif kimi səsləndirsəz, ömür boyu yoldaşınız ola bilərlər. Qüsurları: ingilislər üçün spirt və tətil bir bütündür. Yerli dili bilmədikləri üçün ingiliscə yüksək səslə danışarlar.
İtalyanlar
Təyinedici xüsusiyyətləri: italyanların marka sevgisi onları xaricdə də tək buraxmır. Qollarında Gucci çantalar və yüksək dikdaban ayaqqabılarla “Machu Picchu”yu axtaran birini görsəniz, bilin ki, o, italyandır. Təriflənməyə dəyər vərdişlər: mövzu italyanlarsa, ətrafda yaxşı qəhvə tapa bilərsiniz. Ayrıca restoranda qarşı masanızda sizdən daha çox əylənən bir qrup varsa, onlar italyanlardır.
Qüsurları: çox israrçıdırlar və yoldaşlarının düşüncələrinə əhəmiyyət vermirlər. Bundan başqa, turist kimi ərköyünlükləri də xeyli bezdiricidir.
Amerikanlar 
Təyinedici xüsusiyyəti: çempionata qatılmağı bacara bilməyən professional golfçular kimi geyinirlər.
Vərdişləri: yüksək səslə danışıb davamlı etiraz edirlər. Amma yenə də dünyanın ən açıq fikirli və mədəni fərqliliklərinə hörmət edən insanlarıdır. Bəxşiş verməkdə isə əvəzsizdilər. Hətta o qədər ki, üzünə baxdığınız üçün belə bəxşiş ala bilərsiniz. Qüsurları: onlara elə gəlir ki, amerikalı olmaq “hər şeyi edə bilərəm” mənasını verir.
Almanlar
Təyinedici xüsusiyyəti: sarı saçları, pivədən yaranan şiş göbəyə heyranlıqları və atletik görünmə səyi. Təriflənməyə dəyər vərdişləri: almanlar açıq havanı çox sevərlər və özlərini Avropa çimərliklərindən daha uzağa aparacaq mədəniyyətlərə qarşı maraq duyarlar. Ağıllı, hörmətli və yoldaş sevəndilər. Nə qədər çox içsələr də, bunun öhdəsindən gələ biləcək bədənləri var. İçib özünü itirənlərdən deyillər. Qüsurları: hədsiz dərəcədə xırdaçıdılar.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

YAP rəsmisinin “növbədənkənar seçki olmayacaq” açıqlamasına müxalifətdən reaksiya gəldi

Next Post

“Brent” 44 dollar oldu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Brent” 44 dollar oldu

OPEC və Rusiya neft danışıqlarına başlayır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.