"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirlik dərman satan şirkətlərə xəbərdarlıq etdi

08 Avqust 2016 - 13:30
in XƏBƏR LENTİ

Gələcəkdə dərman vasitələrinin saxlanıldığı yerlərdə xüsusi ötürücü qurğuların quraşdırılması nəzərdə tutulur.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, həmin qurğular sayəsində dərman vasitələrinin saxlanıldığı yerin temperaturu və dərmanların keyfiyyətinə təsir edən digər amillər barədə məlumatlar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə ötürüləcək. Beləliklə, dərmanların keyfiyyətinə nəzarət edilməsi daha operativ şəkildə həyata keçiriləcək.

Bundan başqa, dərman vasitələrinin ölkəyə idxalı zamanı laborator analiz üçün nümunələrin götürülməsi və Səhiyyə Nazirliyi tərəfindən rəy verilməsi prosedurunu tənzimləyən “Dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına rəy verilməsi Qaydaları”nın layihəsi hazırlanır.

Məlumatda bildirilir ki, Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinin yoxlanılması laboratoriyasının əməkdaşları mütəmadi olaraq bilik və bacarıqlarının artırılması, yeni üsulların mənimsənilməsi məqsədilə xarici ölkələrdə keçirilən təlim və seminarlarda iştirak edirlər. Eyni zamanda, laboratoriya daxilində illik plana uyğun olaraq təlimlər keçirilir, nəticəsi imtahanla yoxlanılır. Laboratoriya QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond, həmçinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlıq edərək ölkəmizə idxal olunan antiretrovirus və vərəm əleyhinə preparatların keyfiyyətini yoxlayır.

Laboratoriyanın maddi-texniki bazasının daha da yaxşılaşdırılması məqsədilə Səhiyyə Nazirliyinin dəstəyi ilə yeni avadanlıqlar sifariş verilib. Laboratoriya daxilində dövrü olaraq lazımi təmir işləri görülür. Mikrobioloji laboratoriyanın genişləndirilməsi və şəraitinin daha da yaxşılaşdırılması üçün hazırda müvafiq şirkətlərlə danışıqlar aparılır. Bununla yanaşı, laboratoriyanın yaxın gələcək üçün əsas məqsədlərindən biri Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi prekvalifikasiya olunmuş laboratoriyaların sihayısına düşməkdir.

Dərman vasitələrinin idxalı zamanı sənədlərdə aşkar olunan çatışmazlıqlar barədə idxalçı müəssisələrin məsul şəxsləri məlumatlandırılır. Dərman vasitələrinin istifadə təlimatında aşkar edilmiş çoxsaylı nöqsanlarla bağlı iyun ayında 60-a yaxın idxalçı müəssisənin nümayəndələri ilə birlikdə geniş tərkibdə görüş keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin idxal olunan dərman vasitələrinin saxlanılmasına dair 40-a yaxın topdansatış əczaçılıq subyektinin nümayəndəsi ilə daha bir görüş keçirilib. Dərman vasitələrinin saxlanıldığı yerlərlə bağlı aşkar olunan nöqsanlar diqqətə çatdırılıb və aradan qaldırılmayacağı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə müəssisələrə xəbərdarlıq edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Qarabağ qısa müddət ərzində həll olunmalıdır – Bakı bəyannaməsi

Next Post

Rusiyanın müdafiə naziri Azərbaycana gəlir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiyanın müdafiə naziri Azərbaycana gəlir

İrəvanda etirazların ardı-arası kəsilmir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.