"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vergilər Nazirliyi: Qiymətlər aşağı düşməlidir

18 Avqust 2016 - 10:56
in XƏBƏR LENTİ

Azərbaycan Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamı bu il vergi sahəsində əsaslı aparılacaq islahatlara yol açacaq.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Vergilər Nazirliyindən  verilən məlumatda deyilir ki, Həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlavə dəyər vergisi ilə bağlı məqamlar xüsusi diqqət çəkir. Məsələn, sərəncamda qeyd olunur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq.

Nazirlikdən bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib: “Hazırda pərakəndə satışı zamanı həmin məhsulların dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir. Bununla yanaşı, ƏDV ödəyicisi olmayan şəxslərdən alınmış mallar da ticarət şəbəkələri tərəfindən 18% dərəcə ilə ƏDV tətbiq edilməklə satılır. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının qiymətlərində süni artımın olması onların ticarət dövriyyəsinə mənfi təsir göstərir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ƏDV tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri ümumi dövriyyədən ƏDV hesablamalı olurlar ki, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olur. Yeni islahatlar isə bu sahəni əhalinin və sahibkarın xeyrinə tənzimləyəcək”.

Vergilər Nazirliyindən bildirilib ki, ƏDV son istehlakçıdan alınan istehlak vergisidir və bu verginin ticarət əlavəsindən hesablanması qiymətlərin aşağı düşməsi ilə nəticələnməlidir: “Bu da sahibkarın dövriyyəsinin, son nəticədə isə mənfəətinin artmasına müsbət təsir göstərəcək. Ona görə də pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-dən azad olunan mallar və ƏDV ödənilməklə alınmış malların hər birinin uçotunu ayrı-ayrılıqda aparmalıdır. Əgər uçotu aparılmazsa, ƏDV ümumi dövriyyəyə tətbiq olunacaq. Buna görə ƏDV-nin ticarət əlavəsindən hesablanması sosial xarakterlidir”.

Nazirlikdən qeyd ediblər ki, bu istiqamətdə sərəncamdan irəli gələn məsələlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin dairəsinin dəqiq müəyyənləşdirilməsini zəruri edir: “Hazırda topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların satışı zamanı əksər hallarda ciddi hesabat blanklarından istifadə edilmir. Bununla yanaşı, həmin obyektlərdən malların pərakəndə qaydada da satışı həyata keçirilir və bu onların vergitutma obyektinin müəyyən edilməsində çətinliklər yaradır. Həmin səbəbdən topdan və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsinə zərurət yaranır”.

Ekspertlərin fikrincə, bu addım, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi və fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb olacaq. Ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər ki, bu da öz növbəsində sağlam rəqabət mühitinə yol açacaq.

“Əlavə dəyər vergisi ilə bağlı digər məqam ondan ibarətdir ki, islahatların davamı olaraq, ölkədə aparılan sosial siyasət bir sıra istehlak mallarının qiymətlərinin həmin mallara 18% dərəcə ilə tətbiq edilən ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsini nəzərdə tutur. Beynəlxalq təcrübədə bir sıra mallara, o cümlədən uşaq qidalarına, məktəbli ləvazimatlarına, dərman vasitələrinə, əlillər üçün tibbi məhsullara və avadanlıqlara, kitablara və bir sıra xidmət növlərinə ƏDV-nin diffrensiallaşdırılmış dərəcəsi tətbiq edilir. Bu məqsədlə, beynəlxalq təcrübə öyrənilərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər olunacaq”, – deyə məlumatda vurğulanıb.

Ekspertlərin qənaətinə görə, ƏDV-nin differensiallaşdırılması stimullaşdırıcı xarakter daşıyır. Differensial ƏDV ilə kiçik sahibkarlığın inkişafına imkan yaranır, müəssisə daha çox böyüməyə meylli olur. Eyni zamanda, bu addım sahibkarlıq subyektlərinin sayının artımına gətirib çıxarır. Sahibkarlıq subyektlərinin sayı artdıqca da vergi ödəyicilərinin sayı artmış olur.

Nazirlikdən bildirilib ki, ümumiyyətlə differensiallaşma iqtisadiyyatın optimallaşmasına, prioritet sektorların inkişafına və bu da, nəticədə, sahibkarlara və istehlakçılara faydalı olacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Böyük özəlləşdirmə oliqarxlar üçün fürsətdir

Next Post

Neftimiz 50 dollardan baha satılır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Neftimiz 50 dollardan baha satılır

Rövşən Lənkəranski güllələndi - Fotolar (Yenilənib)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.