Türkiyədə silahlı hücuma məruz qalan şəxsin avtoritet Rövşən Canıyev (Lənkəranski) olduğu bildirilir.
AzVision.az “Report”a istinadən xəbər verir ki, hazırda Lənkəranskinin vəziyyəti ağırdır. O, bir neçə güllə yarası alıb. Hazırda xəstəxanadadır.
Yaxınları onun yanına yollanıb. R.Lənkəranski və adı hələlik məlum olmayan sürücü yaralanıb.







