İran və Türkiyə Suriya böhranının həlli istiqamətində razılığa gəlib.
Bununla da Suriyada 5 ildir davam edən müharibə ərzində ilk dəfə bölgə ölkələri arasında razılıq əldə olunub.
“Əl Həyat”a danışan İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Cabiri Ənsari razılaşmanı təsdiq edib:
“Bu anlaşma nəticə etibarı ilə Suriya böhranının həllində təməl prinsipləri təşkil edəcək”.
Ənsari Əsədin gələcəyinə Suriya xalqının qərar verəcəyini deyib.




