"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sifarişli qətllərdə sirr pərdəsi

20 Avqust 2016 - 09:39
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Sifarişli qətllərdə sirr pərdəsi

Kriminal-avtoritetlərin qətllərinin üstü niyə açılmır? Sabiq polis rəisi: “Bir çox hallarda xüsusi xidmət orqanları bunda maraqlı olur”

Avqustun 18-də İstanbulda qətlə yetirilən kriminal-avtoritet “Rövşən Lənkəranski” (Canıyev) bir gün sonra doğulduğu Lənkəran şəhərində dəfn edildi. Lakin bir məqam var ki, heç kim Rövşən Lənkəranskini kimin öldürdüyünü müzakirə etmədi. Oxşar hal 2006-cı ildə “qanuni oğru” “Sabirabadlı Hikmət”in dəfn mərasimində müşahidə olundu. Bu gün də Hikmətin kimlər tərəfindən qətlə yetirilməsi ictimaiyyətə məlum deyil.
“Yeni Müsavat”a kriminal-avtoritetlərin qətlləri ilə bağlı danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, bu kimi cinayətlərin üstünün açılmamasının bir neçə səbəbi var: “Böyük nüfuz sahibi olan ”qanuni oğru”ların qətllərinin üstünün açılmamasında bir çox hallarda xüsusi xidmət orqanları maraqlı olur. Vaxtilə “Sabirabadlı Hikmət”, “Masallı Mamed” yaxud da bu günlərdə qətlə yetirilən “Rövşən Lənkəranski” böyük nüfuz sahibi olan  “qanuni oğru”lar idi. Bu kimi şəxslərin öldürülməsində onların fəaliyyət göstərdikləri dövlətlər maraqlıdır. Ona görə də bu şəxslərin qətllərinin üstü çox zaman açılmır. “Oğru”ların qətlləri adətən iki cür həyata keçirilir. Birincisi, bu, tam olaraq xüsusi xidmət orqanları tərəfindən həyata keçirilir, ikincisi isə oyun oynanılır. Yəni hələ sovetlər dönəmində KQB-nin müəyyən şöbəsi vardı ki, həmin şöbə istənilən adamı aradan götürüb, nüfuzdan salmaq istəyən zaman ortaya şayiə buraxırdı. Bu şayiə ölkəyə çox sürətlə yayılırdı. Hər hansı kriminal-avtoriteti aradan götürmək üçün isə misal üçün, bir nəfəri xüsusi xidmət orqanının əməkdaşı öldürür və şayiə buraxırdı ki, həmin şəxsi filan səbəbdən digər qruplaşmanın nümayəndəsi qətlə yetirib. Nəticədə qruplaşmalar arasında qarşılıqlıq yaranırdı və iki qruplaşma böyük itkilər verirdilər. Bundan başqa, həqiqətən iki qruplaşma arasında böyük “sxodka”, “razborka” olur ki, nəticədə baş verən atışmada kriminal-avtoritet dünyasını dəyişir. Üçüncü variant baş verdiyi zaman hüquq-mühafizə orqanları bu qətlin açılmasında lazımi qaydada işləyirlər. Lakin kriminal-avtoritetlərin öldürülməsi daha çox yuxarıda qeyd etdiyim ilk iki məqam nəticəsində baş verir”.
M.Hacıyevə görə, nüfuz sahibi olan “qanuni oğru”ların öldürülməsi xüsusilə Rusiyada çalışan azərbaycanlılar üçün mənfi nəticələrlə müşahidə olunur: “Misal üçün, ”Sabirabadlı Hikmət”in ölümü oradakı azərbaycanlıların durumuna mənfi mənada çox təsir etdi. Rusiyada istər böyük biznes, istərsə də pərakəndə satışla məşğul olan şəxslərə, ümumilikdə azərbaycanlılara Hikmət böyük dəstək verirdi. Bu da dövlətdə bəzi şəxslərə sərf etmirdi. Elə Rövşən Lənkəranski barəsində də bunu söyləmək olar. Həmin şəxsləri ona görə dövlətdə sevmirlər ki, bu şəxslər dövlətin bütün strukturlarına təsir imkanına malik olurlar. Söhbət böyük nüfuz sahibi olan “qanuni oğru”lardan gedir. Bu adamların hüquq-mühafizə orqanlarından tutmuş, onların rəhbərliyində təmsil olunan yüksək rütbəli zabitlərə qədər, icra strukturları da daxil olmaqla, böyük təsirləri vardı. Mən bir polkovnik kimi əminliklə deyirəm ki, əgər gedib Hikmətin cinayət işini araşdırsan, onunla bağlı 20-30 səhifəlik iş tapa bilmərsən. Rövşənin də ölümü oradakı azərbaycanlıların fəaliyyətinə təsirsiz ötüşməyəcək”.
Yuxarıda qeyd etdiyimiz kimi, sadə camaatın əksəriyyətində kriminal-avtoritetlərin həyatı, onların fəaliyyətlərinə maraq var. Bu barədə “Yeni Müsavat”a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, əslində məsələ haqqın müdafiəsi ilə bağlıdır: “Cəmiyyətdə hər zaman haqq-ədalət müdafiə olunub. Bu, həm hüquq, həm də qeyri-hüquq sferasında baş verir. Məqsəd ədalətin bərpa  olunmasıdır. Bu insan da ömür boyu söylədiyimiz istiqamətdə fəaliyyət göstərən şəxsdir. Hər zaman haqqı müdafiə edən, sözün düzünü söyləyən insan cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Bu, bizim etno-psixologiyamızda, yazılı, şifahi ədəbiyyatımızda yer alan məsələdir. Yəni zaman-zaman insanların genetik kodu bu cür qoyulub. Azərbaycanda, xaricdə də bu belədir. Bu baxımdan insanların emosiyalarını başa düşmək olar. Lakin bir gerçəklik var ki, cəmiyyətdə indiki ajiotaj 5 gündən sonra bu qədər olmayacaq və getdikcə azalacaq. Konkret Rövşən Lənkəranskiyə gəlincə, bu adam uzun müddət Rusiyada fəaliyyət göstərən həmyerlilərimizin hüquqlarının qorunması istiqamətində müəyyən xidmətləri olub. Bu məsələni nəzərə almaq lazımdır. Doğrudur, bizim cəmiyyətin intellektual sferası da var, Lənkəranski də öz istiqamətində fəaliyyət göstərən adam olub. Məsələni başqa istiqamətə yönəltmək doğru deyil. Bizim elm adamlarımız da kifayət qədərdir. Onların hər birinin öz yolu var”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daha bir intihar – bu dəfə ordu generalı

Next Post

Rövşən Lənkəranski barədə şok məlumat – 15 gün əvvəl türk polisi saxlayıbmış, Sedat Pekər qurtarıb…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rövşən Lənkəranski barədə şok məlumat - 15 gün əvvəl türk polisi saxlayıbmış, Sedat Pekər qurtarıb...

Dövlət Polad Ələmdara “dayan” dedi – Rədd cavabı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.