"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tanış olun: `Şöhrət` ordenli Olimpiya çempionumuz

21 Avqust 2016 - 10:57
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Azərbaycan taekvondoçusu Radik İsayev Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının çempionu adını qazanaraq xalqımıza qələbə sevinci bəxş edib.

80 kiloqramdan yuxarı çəki dərəcəsində kişilərin taekvondo yarışlarında mübarizə aparan Azərbaycan təmsilçisi, dünya və Avropa çempionu, “Bakı-2015”in qalibi Radik İsayev finalda Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşərək rəqibinə böyük üstünlüklə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radik İsayev “Rio-2016”da Azərbaycanın hesabına ilk qızıl medalı yazdırıb. Bu həm də Azərbaycan taekvondosu tarixində Olimpiya Oyunlarında ilk qızıl medaldır.

Olimpiya zirvəsinədək çətin yol keçən Radik İsayev səkkizdəbir final mərhələsində qazaxıstanlı Ruslan Japarovu 11:2 hesabı ilə məğlub edib. Daha sonra Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqminə 12:8 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Təmsilçimiz yarımfinal mərhələsində Mahama Ço (Böyük Britaniya) ilə döyüşü də qələbə ilə başa vuraraq Olimpiya Oyunlarının finalına yüksəlib.

Radik İsayev həlledici döyüşdə Afrika oyunlarının qalibi Abdulrazak İssufu Alfaqa (Niger) ilə qarşılaşıb. Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İlk hissədə rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci hissə bu hesabla başa çatıb. İdmançımız sonuncu raundda ikinci dəqiq zərbə ilə hesabına daha üç xal əlavə edib – 6:0. Nigerli idmançının gücü yalnız 2 xal qazanmağa yetib. Beləliklə, final döyüşünü 6:2 hesabı ilə başa vuran dünya və Avropa çempionu Radik İsayev komandamızın medallarının sayını 15-ə çatdırıb. Hazırda hesabında 1 qızıl, 4 gümüş və 10 bürünc medal olan Azərbaycan ölkələrin sıralamasında 39-cu yerə yüksəlib.

Olimpiya çempionu Radik İsayevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağımız ucaldılıb.

Radik İsayev bir çox dünya və Avropa çempionatlarının, eləcə də, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. O, Azərbaycanın taekvondo üzrə yığma komandasının heyətinə 2012-ci ilin sonlarında daxil edilib. Növbəti il isə Meksikada keçirilən dünya çempionatında bürünc mükafata sahib olub. Bir il sonra isə Bakıda təşkil edilən Avropa çempionatının qızıl medalını qazanıb. 2015-ci ildə Cənubi Koreyada hərbçilərin VI dünya oyunlarında üçüncü, həmin il Meksikadakı komandalararası dünya kubokunda birinci yeri tuub. Ötən il Rusiyada keçirilmiş böyüklər arasında dünya çempionatında birinci yerə çıxıb.

R.İsayev hazırda milli komandamızın liderlərindən biridir. Dünya Taekvondo Federasiyasının Olimpiya reytinqinə əsasən, üçüncü pillədə qərarlaşmaqla, “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

“Bakı-2015” birinci Avropa Oyunlarında qızıl medal qazanan Radik İsayev Azərbaycan Prezidentinin 2015-ci il 29 iyun sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. (Azərtac)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

` FETÖ-çuların hamısı üzə çıxarılacaq` – PA rəsmisi

Next Post

ABŞ hərbçisi Bin Ladenlə bağlı sirləri yazdı və…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

ABŞ hərbçisi Bin Ladenlə bağlı sirləri yazdı və...

Azərbaycan olimpiadada medal sıralamasında 39-cu pilləyə yüksəlib - CƏDVƏL

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.