Türkiyə tanklarının daha bir hissəsi bu gün Suriya sərhədini keçib.
“Hürriyet”-in verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 10.30 radələrində Türkiyənin Qaziantep vilayətinin Suriya ilə həmsərhəd Karakamış qəsəbəsindən 10 tank qonşu ölkəyə daxil olub.
Qeyd edək ki, ötən gün Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında Hələbə yaxın yerləşən Cerablus şəhərinin İŞİD silahlılarından azad edilməsi əməliyyatları çərçivəsində Suriya ərazisinə daxil olublar.
Gün ərzində Cerablus ətrafındakı 4 kənd, axşam saatlarında isə Cerablus şəhəri İŞİD terrorçularından azad edilib.



