
Xatırladaq ki, dünən YPG terror təşkilatının sözçüsü Redur Halil “Azadlıq” radiosuna verdiyi müsahibəsində Türkiyənin Suriya ərazisində başlatdığı quru əməliyyatlarının İŞİD-ə qarşı deyil, məhz kürdlərə qarşı olduğunu iddia edərək geri çəkilməyəcəklərini bəyan etmişdi.
Eyni zamanda Türkiyənin baş naziri Binəli Yıldırım isə PYD terrorçuları Fərat çayının şərqinə çəkilənə qədər hərbi əməliyyatların davam etdiriləcəyini vurğulamışdı.



