"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Antikorrupsiya Yay Məktəbinin açılışı olub – FOTOLAR

26 Avqust 2016 - 12:30
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu gün Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) “Antikorrupsiya Yay Məktəbi”nin açılış mərasimi keçirilib.

Tədbirə AZAKA-nın keçid qrupunun üzvü, millət vəkili Vüsal Hüseynov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərov, Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə üzrə baş idarənin böyük prokuroru Elnur Musayev, Konstitusiya Araşdırmalar Fondu İctimai Birliyinin prezidenti Əliməmməd Nuriyev və yay məktəbinin iştirakçıları qatılıb.

Açılış nitqində AZAKA-nın fəaliyyəti barədə danışan millət vəkili Vüsal Hüseynov bildirib ki, akademiyanın yaradılmasında məqsəd cəmiyyətdə antikorrupsiya barədə məlumatlandırmanı artırmaq, korrupsiyanın qarşısının alınması üzrə həyata keçirilən tədbirlərə töhfə vermək, bu sahəyə marağı olanların yeni biliklər əldə etməsi üçün imkanlar təmin etməkdir: “Akademiyada həm peşəkar antikorrupsiya, həm də ixtisaslaşmış təlimlər keçiriləcək”.

V.Hüseynov qeyd edib ki, AZAKA-nın fəaliyyət istiqamətlərindən biri də ümumi maraq göstərən şəxslərə yay məktəbləri formatında yeni biliklər təmin etməkdir: “Bu akademiyanın reallaşdırdığı ilk yay məktəbidir. Sevindirici haldır ki, ilk dəfə reallaşdırdığımız yay məktəbinə böyük maraq var. Biz yay məktəbində iştirak etmək üçün müsabiqə yolu ilə həm Bakı, həm də regionlardan 235 iştirakçı seçmişik. Yay məktəbində korrupsiyanın bütün istiqamətləri üzrə məsələlər, hansı formada bununla mübarizə aparıla bilər, vətəndaş olaraq bu prosesdə nə edə bilərik, hansı mübarizə metodlarının, təcrübələrin olması müzakirə olunacaq. Ümid edirəm ki, yay məktəbi gözləntilərimizi doğruldacaq”.

Açılış mərasiminə qatılan Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə hər zaman diqqət mərkəzindədir. O xatırladıb ki, bir müddət əvvəl Prezident İlham Əliyev yeni iqtisadi şəraitlə bağlı göstəriş və tapşırıqlar verilib:

“Korrupsiyaya qarşı mübarizə hər zaman ölkəmizdə diqqət mərkəzində olub. Amma bu, elə bir problemdir ki, davamlı öyrənilmək və bu prosesə çox çevik yanaşma tələb edir. Bu baxımdan Antikorrupsiya Akademiyasının “Yay məktəbi”nin keçirməsi çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, bura Azərbaycanın müxtəlif regionlarından gənclər toplaşıb. Əmin ola bilərsiz ki, bu “Yay məktəbi”ndə öyrənə biləcəkləriniz bizim üçün vacibdir. Korrupsiya sahəsində elə məsələlər mövcud olur ki, onlara qarşı effektiv mübarizə üsulları cəmiyyətin tövsiyəsi nəticəsində formalaşır. Elə hallar ola bilər ki, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası, korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış dövlət qurumları məhz cəmiyyətin dəstəyinə söykənmək istəyir. Bu baxımdan keçirilən “Yay məktəbi” çox əhəmiyyətlidir. Ümidvaram ki, “Yay məktəbi”ndə siz geniş ictimaiyyət üçün məlum olmayan, amma dövlət qurumlarının, xüsusən də Baş Prokurorluğun korrupsiya ilə bağlı aparılan mübarizəsi üzrə əhəmiyyətli məlumatlar əldə edəcəksiniz. Hamımız üçün aydın olan bir məsələ var ki, ölkəmizi, vətənimizi indikindən də daha güclü, daha inkişaf etmiş görmək istəyiriksə korrupsiyanın səviyyəsini minimuma endirməliyik və bunu çox arzulayırıq. Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvü kimi sizi əmin etmək istəyirəm ki, bu, dövlətimizin indiki inkişaf mərhələsində qarşıya qoyduğu çox ciddi bir məsələlərdir”.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərov isə çıxışnda qeyd edib ki, korrupsiya və bu kimi digər fenomenlər istənilən demokratik cəmiyyətin inkişafına maneə törədən ən böyük amillərdəndir: “Yay məktəbində iştirakçılara veriləcək biliklər məsələyə daha geniş rakursdan baxmağa, eləcə də onu real bir problem kimi qəbul etməyə imkan yaradacaq. Effektiv, şəffaf və korrupsiyasız dövlət idarəetməsi istənilən dövlət, onun orqanlarının faydalı fəaliyyət göstərməsi üçün əsas amillərdən biridir”.

Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev və “Konstitusiya Araşdırmalar Fondu” İctimai Birliyinin sədri Əliməmməd Nuriyev çıxış edərək yay məktəbinin əhəmiyyətindən danışıb,

Qeyd edək ki, yay məktəbi avqustun 28-ə qədər korrupsiyaya qarşı mübarizəyə həsr olunan müxtəlif panel müzakirələrlə davam edəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qarabağ probleminin həlli üçün çox səy göstərdik, lakin alınmır…” — Dövlət Departamentinin rəsmisi

Next Post

Daha bir türk general Suriyaya getdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Daha bir türk general Suriyaya getdi

Türkiyədə daha 6 min 800 polis işdən çıxarılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.