"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dolların məzənnəsi kəskin arta bilərmi?- ŞƏRH

27 Avqust 2016 - 09:17
in İQTİSADİYYAT MANŞET

Dolların məzənnəsi kəskin arta bilərmi?- ŞƏRH

“Son günlər manatın dollara nisbətdə məzənnəsi ətrafında ajiotajın yenidən güclənməsi valyuta bazarında tələb-təklif arasındakı balansın pozulması ilə bağlıdır”.
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli dolların məzənnəsinin artacağına münasibət bildirərəkən deyib.
Onun sözlərinə görə, beynəlxalq praktikadan məlumdur ki, milli valyutann uzunmüddətli zəifləməsi daha çox iki fundamental amilin təsiri altında, yəni ölkənin tədiyyə balansında davamlı defisit olanda və belə şəraitdə manevr etməkdən ötrü yetərincə valyuta ehtiyatının olmadığı halda baş verir.
Millət vəkili qeyd edib ki, ötən ilin sonlarından başlayaraq ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutanı üstələyir. Bu proses bu il də davam edir. Yəni Azərbaycana ümumi valyuta daxilolmaları və çıxarlarının müqayisəsinə imkan verən tədiyyə balansinda 2015-ci ilin ilk devalvasiyasından əvvəl 10 milyard dollardan artıq müsbət saldo var idisə 2015-ci ilin 4-cü rübündən etibarən mənfi saldo ilə üzləşmişik və həmin mənfi meyllər bu il artan xətlə davam edir.
“Xarici ticarət dövriyyəsində də mənfi saldo yaranıb. Əgər 2 il bundan öncə, yəni 2014-cü ilin avqustunda Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard dollardan artıq idisə, indi 4 dəfəya yaxın azalıb 4 milyard dollara enib. Belə şəraitdə Mərkəzi Bank olan-qalan valyutalarını qoruyub saxlamaq istəyir. Ona görə də Mərkəzi Bankla yanaşı son vaxtlar Dövlət Neft Fondu da manatın məzənnəsinin tənzimlənməsinə yönəlik fəaliyyətini gücləndirsə də, onun da öz limiti var və bu limit hazırkı real tələbatı tam ödəyə bilmir”.
Deputat əlavə edib ki, Dövlət Neft Fondunun keçirdiyi valyuta hərracında təklif etdiyi 50 milyon dollara qarşı bankların dollara tələbatı 12 dəfə çox 600 milyon dollar olub. Dollarla valyutaya tələb-təklif arasında belə kəskin fərq şəraitində qarşıdakı hərraclarda valyuta təklifi artırılmasa, manatın zəifləməkdə davam etməsi qaçılmazdı.
Belə bir şəraitdə bir sıra kommersiya bankları situasiyanın qeyri-müəyyən hesab etdiyindən, gözləmə mövqeyinə keçib valyuta satışını dayandırıb və ya məhdudlaşdırıb. Bu ajiotajı daha da artırır. Bundan əlavə bəzi bankların dolların satışını dayandırması, qara bazarı canlandırıb.
“Ötən ilin 21 fevral və 21 dekabrında iki şok devalvasiya olsa da,manat hələ də öz real bazar dəyərini tapmayıb.Müəyyən fasilə və səngimələrlə manata təzyiq davam edir. Hökumətin son aylardakı davranışı göstərir ki, üçüncü şok devalvasiya, yoxsa yumşaq devalvasiya dilemması qarşısında qalan hökumət hələlik ikinci varianta, yəni yumşaq devalvasiya variantına üstünlük verir. Hazırkı şəraitdə 21 fevral və 21 dekabr 2015-ci ildə olduğu kimi üçüncü dəfə sərt devalvasiya gedilməsinə ehtiyac yoxdu. Mərkəzi Bank da belə deyir. O ki qaldı sualın konkret cavabına sərt devalvasiyalar kabinetlərdə həll olunduundan, onu proqnozlaşdırmaq tapmaca xarakteri daşıyır. Yumşaq devalvasiya variantına üstünlük verilsə, manat yaxın perspektivdə bazar dəyərini tapana qədər, ondan sonra isə bir müddət səngimələrlə böhranlı vəziyyətin qarşısı alınanadək həmin proses müxtəlif sürətlərlə davam edəcək”.- deputat vurğulayıb.

 

Bunu da oxuyun

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hərbi hospitallar Səhiyyə Nazirliyinin tabeliyinə keçdi

Next Post

Klinton Trampı 5 faiz qabaqlayır – Sorğu

Bənzər yazılar

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

29 Aprel 2024 - 10:15

Türkiyənin dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış “Birlik Deri” şirkətinə Ağdam Sənaye Parkının rezidenti statusu veriləcək. Elchi.az  xəbər verir ki, bu...

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

Azərbaycanda “Made in BRICS & SCO” beynəlxalq sərgi keçirilir

17 Aprel 2024 - 15:24

Bakıda bu gün Ekspo Mərkəzdə "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub. Elchi.az  xəbər verir ki, burada BRİCS...

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

Azərbaycanda hava nəqliyyatı ilə yük və sərnişin daşınması artıb

16 Aprel 2024 - 21:58

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə 94,5 min ton yük, 782,1 min sərnişin daşınıb. Elchi.az  bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər...

Bitkoin kəskin ucuzlaşıb

Bitkoin kəskin ucuzlaşıb

22 Mart 2024 - 20:35

Bitkoinin məzənnəsi “Coinbase” birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın...

Next Post

Klinton Trampı 5 faiz qabaqlayır - Sorğu

`Göteburq` `Qarabağ`dan UEFA-ya şikayət etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.