“Qurdlar vadisi”ndə Kılıç obrazını canlandıran Atilla Olqaç illər sonra filmdəki rolu haqda danışıb.
Axar.az xəbər verir ki, 72 yaşlı aktyor filmdəki obrazının tam olaraq kim olduğunu 90-cı bölümdə öyrəndiyini deyib:
“Serialda canlandırdığım obrazın kim olduğunu 90-cı bölümdə öyrəndim. Adım Əli imiş. O bölümə qədər heç kim demədi. Həyat yoldaşım varmı, qızım varmı, mən kiməm? Sadəcə, Kılıç olaraq filmdə oynadım”.
O, uzun müddət ekranlarda görünməməsindən də danışıb:
“Coker kimi sənətçiyəm. Hər rolu oynayaram. Yüz ölçüb, bir biçirəm. Daha səviyyəli, daha gözəl, hər kəsin ola biləcək bir filmdə çəkilmək istəyirəm. Bundan sonra həm filmdə, həm də serialda çəkiləcəyəm”, – Atilla Olqaç bildirib.




