“Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə İŞİD-dən daha altı yaşayış məntəqəsini azad edib.
`Haber7` nin verdiyi məlumata görə, “Fərat qalxanı” hərbi əməliyyatı çərçivəsində Əl-Bab şəhəri istiqamətində hücum əməliyyatını davam edir.
Qeyd olunub ki, hazırda Vukuf, Sadvi, Əl-Əyyubiyalı, Şandi, Sinekli və Əbubiyat kəndlərinə Suriya Azadlıq Ordusu nəzarət edir.




