Ermənistanın Müdafiə naziri Seyran Ohanyan da istefaya göndəriləcək.
Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Qraparak” qəzeti çıxış edib. Qəzet Ohanyanla bərabər, Kənd Təsərüffatı naziri Serqo Karapetyan, Səhiyyə naziri Armen Muradyanın da istefaya göndəriləcəyini bildirib. Ohanyanın yerinə isə Ermənistan polisinin rəhbəri Vladimir Qasparyanın gətirilməsi gözlənilir.
Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Ovik Abramyan və Xarici İşlər naziri Edvard Nalbəndyanın istefaya gedəcəyi haqqında informasiya yayılıb.



