"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sarkisyan Abramyanı niyə `qurban` verdi? – ŞƏRH

09 Sentyabr 2016 - 11:13
in XƏBƏR LENTİ

“Ermənistanda hökumətin istefaya göndərilməsi gözlənilən idi. Bu ölkədə iqtisadi-sosial vəziyyət böhran içərisindədir. Bunun səbəbkarı prezident Serj Sarkisyanın yürütdüyü daxili və xarici siyasətdir”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu fikirləri politoloq Elxan Şahinoğlu Ovik Abramyanın Ermənistanın baş nazir postundan istefa verməsi və bu ölkədəki siyasi vəziyyəti  şərh edərkən bildirib.

Politoloqun fikrincə, Sarkisyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir addım atmır, bu da faktiki olaraq Ermənistanı bütün layihələrdən kənarda qoyur: “Bu halda Ermənistanın gəlir əldə etmə imkanları sıfıra bərabərdir. Serj Sarkisyan başa düşür ki, vəziyyət ağırdır və cəmiyyətdən böyük tələblər var. Sarksiyan səhvlərini baş nazir Ovik Abramyana yüklədi və faktiki olaraq öz yolunda onu qurban verdi. Çünki, dəyişdirilmiş konstitusiyaya əsasən növbəti parlament seçkilərindən sonra əsas siyasi fiqur prezident yox, baş nazir olacaq”.

E.Şahinoğlu hesab edir ki, Ermənistanda hökumətin istefaya göndərilməsi Sarkisyanın parlament seçikilərinə hazırlaşdığını göstərir: “Sarkisyan növbəti parlament seçkilərinə hazırlaşır. Seçkidən sonra o, prezident yox, baş nazir olacaq. Ancaq, ölkədə vəziyyət getdikcə ağırlaşır. Sarkisyan baş naziri istefaya məcbur etməklə göstərməyə çalışır ki, vəziyyətin bu həddə çatmasında günahkar o, yox, məhz baş nazirdir”.

Politoloq əlavə edib ki, Sarkisyan baş nazir olsa belə ölkəsində vəziyyət dəyişməyəcək: “Ermənistanda vəziyyəti düzəltmək üçün heç bir resurs yoxdur. Hətta strateji müttəfiqi olan Rusiya belə Ermənistana pul ayırmaq istəmir. Ona görə ki, Ermənistanda qazanc yoxdur. Hesab edirəm ki, parlament seçkilərinə qədər bu ölkədə vəziyyət daha da gərginləşəcək. Eyni zamanda qeyd etmək lazımdır ki, polis məntəqisinin qiyamçılar tərəfindən tutulması olayı ölkədə vəziyyəti xeyli gərginləşdirdi. Bu səbəbdən güc strukturlarında bəzi dəyişikliklər oldu. Eyni zamanda aprel döyüşlərindən sonra bəlli oldu ki, Ermənistan ordusunda böyük korrupsiya halları mövcuddur. Bütün bu problemlər Sarkisyanın vəziyyətini ağırlaşdırır. Baş naziri qurban verməklə Sarkisyan özünü xilas etməyə çalışır”.

Politoloq bildirib ki, Ermənistanda kimin istefa verməsindən asılı olmayaraq, bu ölkəni sosial böhrana yuvarlanmaqdan xilas etməyəcək: “Bu gün xalq Sarkisyan qədər digər nazirlərdən də narazıdır. Bir məqama diqqət çəkmək istəyirəm. Sarkisyana prezident kreslosuna yiyələnməkdə kömək edən sabiq prezident Robert Koçaryan ad çəkmədən indiki hökuməti sərt tənqid etdi. Koçaryan bildirdi ki, bu gün Ermənistan bütün layihələrdən kənarda qalır. İndi isə “Şimal-Cənub” nəqliyyat dəhlizindən kənardadır. Separatçıların başıda dayanan, Azərbaycanda qətliamlar törədən Koçaryan başa düşür ki, Ermənistan getdikcə təcrid olunur. Təcridin ünvanı Dağlıq Qarabağdır. Ona görə də Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistan sosial böhrana yuvarlanmaqda davam edəcək. Hansı naziri çıxarırlar çıxarsınlar, situasiya müsbətə doğru dəyişməyəcək”.

Qeyd edək ki, Ermənistanın baş naziri Ovik Abramyan vəzifəsindən istefa verib. “Mən istefaya gedirəm. Bizə yeni yanaşma və yenidən başlamaq lazımdır. Biz gələcəyi düşünməli və yeni hakimiyyəti formalaşdırmalıyıq”-deyə Abramyan vurğulayıb.

Abramyanı İrəvanın sabiq meri Karen Karapetyan əvəz edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daha bir milyarder Putinin qəzəbinə gəldi

Next Post

Turistlərin dollar problemi ciddiləşir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Turistlərin dollar problemi ciddiləşir

Habil Əliyevsiz bir il: `Ə, Surxay, dur rədd ol bayıra!`

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.