"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyənin ABŞ qarşısında iki vacib şərti – Rakka

11 Sentyabr 2016 - 12:53
in XƏBƏR LENTİ

Türkiyə Suriyada İŞİD terror təşkilatının əsas mərkəzi olan Rakka şəhərini azad etmək üçün ABŞ qarşısında irəli sürəcəyi iki əsas şərt məlum olub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

APA-nın məlumatına görə, Türkiyənin “Yeni Şəfəq” qəzeti diplomatik mənbələrə istinadən yazıb ki, Qurban bayramından sonra Rakka əməliyyatı ilə bağlı ABŞ hərbi nümayəndə heyəti Ankaraya gələcək, planlaşdırılan əməliyyatın detalları müzakirə ediləcək.

 

Hazırda Türkiyə hökuməti və ordu rəhbərliyi Rakkanın sosial-mədəni quruluşunu, 2013-cü ildən sonra şəhərdə baş verən prosesləri, İŞİD-in bölgədə döyüş qabiliyyətini və Rakka əməliyyatından sonra ortaya çıxa biləcək bütün ssenariləri araşdırır. ABŞ nümayəndə heyətinin səfərinə qədər bu araşdırmalar yekunlaşdırılacaq və görüşdə Rakka əməliyyatının bütün aspektləri müzakirə olunacaq.

 

Türkiyənin Rakkanın azad edilməsində iştirak etməsi üçün ABŞ qarşısında irəli sürəcəyi iki əsas şərdən biri PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin əməliyyata qatılmamasıdır. Türkiyə YPG-nin əsas rol oynadığı Suriya Demokratik Qüvvələrini də heç bir halda Rakka əməliyyatında görmək istəmir.  Ankara Rakka əməliyyatının koalisiya qüvvələrinin ortaq əməliyyatı olaraq həyata keçirilməsini zəruri sayır. Türkiyənin ikinci şərti Menbiclə bağlıdır. Türkiyə PYD və ona bağlı Suriya Demokratik Qüvvələrinin Menbiçdən çəkilməsini, Rakka əməliyyatı zamanı Menbicin quru qüvvələrinin əsas bazası olmasını zəruri sayır. Bu halda Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu Rakka əməliyyatında əsas rolu öz üzərinə götürəcək. Türkiyə bu iki şərtin yerinə yetiriləcəyi halda, Rakka əməliyyatı zamanı müxalif Azad Suriya Ordusuna tank və digər zirehli birləşmələrlə dəstək verməyə, o cümlədən Türkiyə ordusunun xüsusi təyinatlı bölmələrinin də  müxaliflərlə birgə quru əməliyyatında iştirak etməsinə hazırdır.

 

“Yeni Şəfəq” qəzeti diplomatik mənbələrə istinadən onu da yazıb ki, Rakka əməliyyatı ilə bağlı Menbic şərti keçən həftə ABŞ rəsmiləri ilə keçirilən ilk görüşdə də çatdırılıb və ABŞn bu şərtə soyuq yanaşmayıb. Ankara Rakka əməliyyatı zamanı PKK terror təşkilatından qaynaqlana biləcək hücumların qarşısının alınması üçün 5 yerdə koordinasiya mərkəzi yaratmağı da gündəmə gətirib. Türkiyə Rakka əməliyyatından sonra İŞİD-in İraqda nəzarət etdiyi Mosul şəhərinin azad edilməsi əməliyyatına başlanılmasını da istəyir.

 

Xatırladaq ki, G20 sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirmişdi ki, ABŞ prezidenti Barak Obama  Rakka əməliyyatında Türkiyə ilə birgə addımlar atmaq istəyir. R. T. Ərdoğan Türkiyə baxımından bu məsələdə hər hansı problem olmayacağını vurğulamışdı. Türkiyə prezidenti demişdi ki, iki ölkənin hərbçilərinin məsələni müzakirə etsin, hansı addımların atılması lazımdırsa, həmin addımlar atılsın.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İmkan verməyəcəyik ki, ikinci erməni dövləti yaransın” – Zakir Həsənov

Next Post

Bayram günü hava necə olacaq? – Proqnoz

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Bayram günü hava necə olacaq? - Proqnoz

Hələbdəki son cərrah da öldürüldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.