Hələbdə yaralılara yardım göstərən son cərrah da öldürülüb.
Axar.az xəbər verir ki, insident həkimin yaralılara yardım göstərdiyi zaman baş verib.
Öldürülən həkim döyüş zonasında qalan yaralılara yardım etmək üçün demək olar ki, bütün sutkanı işləyirmiş.
Hadisəni İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Hazırda Hələbdə həkim qalmayıb. Yaralıların bundan sonrakı aqibətinin necə olacağı məlum deyil.




