"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanın Türkiyədəki sabiq hərbi attaşesinə cinayət işi açıldı

14 Sentyabr 2016 - 15:28
in XƏBƏR LENTİ
Azərbaycanın Türkiyədəki sabiq hərbi attaşesinə cinayət işi açıldı

Azərbaycanın Türkiyədəki sabiq hərbi attaşesi İlyas İbrahimova cinayət işi açılıb.
Bu barədə lent.az-a vəkil Abuzər Mütəllimov məlumat verib. Vəkil bildirib ki, sabiq attaşe Cinayət Məcəlləsinin 307-ci (barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başladılıb.
 
A.Mütəllimovun sözlərinə görə, Bakı Şəhər Prokurorluğunda cinayət işi açılsa da, indiyə qədər heç bir istintaq hərəkəti aparılmayıb: “Çox güman, gözləyirdilər ki, Xalidə İsgəndərova barəsində birinci instansiya məhkəməsi hökm çıxarsın. Bu gün də Xalidə İsgəndorova 18 il müddətinə azadlıqdan məhrum edildi. Bununla bağlı yaxın günlərdə apellyasiya şikayəti verəcəyik. İşə düzgün baxılmadı, günahsız qadın həbs edildi”.
Qeyd edək ki, İlyas İbrahimovun bacısı Xalidə İsgəndorava öz əri Füzuli İsgəndərovu öldürməkdə ittiham edilib. O vaxt İlyas İbrahimov Azərbaycanın Türkiyədəki hərbi attaşesi vəzifəsini daşıyırdı. Məlum hadisədən sonra o, vəzifəsində çıxarılıb və Müdafiə Nazirliyi tərəfindən ehtiyata götürülüb. Hüquq-mühafizə orqanlarının apardığı istintaq zamanı məlum olub ki, İ.İsmayılov Füzuli İsgəndərovun bacısı tərəfindən qətlə yetirildiyini bilsə də, bunu istintaqdan gizlədib.
İlyas İbrahimov bacısının məhkəməsində şahid qismində ifadə verib. O, bildirib ki, uzun müddət Müdafiə Nazirliyinin Ankaradakı hərbi attaşesi vəzifəsində çalışıb: “Hadisə olan gün mən İstanbulda hərbi məzun gecəsində olmuşam. Hadisədən bir gün sonra qardaşım Knyaz zəng edib dedi ki, Füzulini öldürüblər. Mən sentyabrın 6-da Füzulinin 7 mərasiminə gəlib çıxdım. 3 gün bacımgildə qaldım. Bacım və onun uşaqları ilə dəfələrlə söhbət elədim. Açığı, mən bacım qızı Bülbülün hərəkətindən şübhələnirdim. Bülbül həm öz ailələrinə, həm də bizim ailəyə ziyan gətirdi. Ondan həmişə narazılığım olub. 2009-cu ildə bir narkomana qoşulub qaçmışdı. Gedib gətirdik. Bacım hadisəni mənə nəql elədi. Oğru kimi girən şəxsin Füzulini öldürməsindən, danışdı. Əmanə də həmin şeyləri dedi.
Hadisədən sonra Füzulinin kim tərəfindən öldürülməsi ilə bağlı araşdırma başlanmışdı. Biz də müəyyən yerlərdən soraqlaşırdıq. Prokurorluqda Mehdi adlı qohumumuz Füzulinin İlo (İlham) adlı şəxs tərəfindən öldürülə biləcəyini demişdi. Həmin İlonun kimliyini müəyyənləşdirə bilmədilər. Sonradan bilmirəm, necə oldusa, günahsız yerə bacımı tutdular. Bakı Şəhər Prokurorluğunda dəfələrlə ifadə vermişəm. Orada prokuror dedi ki, bacın cinayəti etiraf eləsin, sən də öz işində qal. Mən elə əclaflıq eləmədim. Hazırda Müdafiə Nazirliyi tərəfindən sərəncamdayam. Polkovnik rütbəsi daşıyıram”.
Onu da qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Füzuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova 5-6 ay sonra şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.
Xatırladaq ki, cinayət işi bu gün yekunlaşıb. Məhkəmənin hökmü ilə Xalidə İsgəndərova həyat yoldaşını öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakı-Batumi reysi ləğv olunur? – Açıqlama

Next Post

Rayon maşınları yenə Bakıya buraxılmayacaq

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rayon maşınları yenə Bakıya buraxılmayacaq

Azərbaycanda 1000 nəfərlik tələbə yataqxanası tikiləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.