Böyük Britaniya Avropa Birliyindən çıxmaq üzrə aparılan danışıqların sərtləşdiriləcəyi halda blokdan çıxmaqdan imtina edə bilər.
Bu iddia ilə Teleqrafnəşri çıxış edib.
Britaniyanın yüksək vəzifəli məmurlarının sözügedən nəşrə verdiyi məlumata görə, hələ ki, Birləşmiş Krallığın AB-dən çıxması üçün nəzərdə tutulan 50 səhifəlik Lissabon müqaviləsi işə düşməyib.
Məhz bu səbəbdən Avropa Birliyinin Breksitin işə düşməsi şərtlərini sərtləşdirəcəyi təqdirdə Britaniyanın AB-nin tərkibində qalacağı gözlənilir.
Xatırladaq ki, daha öncə İngiltərə parlamentinin üzvü Devid Devis Breksitin işə düşməsini 1 ay təxirə salmağı təklif etmişdi.




