Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev və xanımı bu gün saat 11:00-da, 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səs verib.
Qüdrət Həsənquliyev BayMedia-nın əməkdaşına açıqlamasında referendumla bağlı vətəndaş mövqeyini ifadə etdiyini bilıdirib, “millətimiz və dövlətimiz üçün xeyirli-uğurlu olsun”, – deyib.



