"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Milli Şura mitinq anonsu verdi

27 Sentyabr 2016 - 09:11
in XƏBƏR LENTİ
 Milli Şura mitinq anonsu verdiElman Fəttah: “Kütləvi aksiyalar Müsavatın da müzakirə etdiyi məsələdir”

Referendum bitdi. Bundan sonra ölkə müxalifətinin mitinqlərə yenidən start verib-verməyəcəyi müzakirə olunan məsələlərdəndir. Hələlik görünən budur ki, referendumdan öncə demokratik düşərgə 11-13 və 18 sentyabr tarixlərində keçirdiyi etiraz aksiyaları ilə işini bitmiş hesab edib.
Amma bu aksiyalarda müxalifətin məqsədinə çatdığını söyləmək mümkün deyil. Belə ki, 3 mitinqdə ən yaxşı halda siyasi düşərgə meydana 10 minə yaxın etirazçı çıxara bildi. Bu isə qənaətbəxş sayıla bilməz. Xüsusilə Milli Şura və Müsavat arasında mitinqlərdən sonra başlayan narazılığın aksiyaların üzərinə kölgə saldığı və referendum öncəsi azacıq da olsa, vətəndaşlar arasında artan fəallığa ciddi zərbə vurduğu heç kəsə sirr deyil. Milli Şuranın 11 sentyabr mitinqində AXCP sədri Əli Kərimli Müsavatın 18 sentyabrda aksiya təyin etdiyini bilə-bilə bir gün öncəyə mitinq təyin etdi, əvəzində ilk aksiyadan dəfələrlə az sayda etirazçı meydana çıxdı. Müsavatın 18 sentyabr mitinqində isə başqan Arif Hacılı Milli Şuranın əvvəlcədən təyin etdiyi 24 sentyabr mitinqinə dəstək verəcəklərini söylədi, ardınca Milli Şura həmin aksiyanı keçirməkdən imtina etdi. Bütün bunlar ana müxalifət partiyalarının imicinə bir daha sarsıdıcı zərbə oldu.
Bütün bunlara baxmayaraq, Milli Şura yenidən aksiyalar keçirmək niyyətindədir. Quruma daxil olan partiyalardan AXCP sədri Əli Kərimli bununla bağlı öz facebook səhifəsində status paylaşıb: “Dostlar, mitinqlərə hazırlığımız davam edir. Hazırda Azərbaycan hökumətinin insan haqlarına hörmətlə bağlı qarşılarında öhdəlik götürdüyü beynəlxalq təşkilatlarla ciddi işləyirik ki, hakimiyyətin öz dinc əhalisinə zor tətbiq etməsinə etirazlarını bildirsinlər, sərbəst toplaşmaq azadlığına təminat verilməsi və mitinq məhbuslarının dərhal azad olunması üçün danışıqlar aparsınlar. İlkin nəticələr də var…”
Müsavat Partiyasının isə referendumdan sonra mitinqlər mövzusunda hansı addımları atacağı bəlli deyil. Başqan müavini Elman Fəttah “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Sentyabrın 27-də Müsavat Partiyası referendum haqda ilkin rəyini yayacaq. Ayın 28-i isə Milli Strateji Düşüncə Mərkəzi ilə birgə, referendumla bağlı dəyirmi masa keçirəcək. Kütləvi aksiyalar Müsavatın müzakirə etdiyi məsələdir. Qərar olduğunda ictimaiyyətə açıqlama veriləcək”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kremlin Azərbaycana təzyiqlərinin pərdəarxası – Lavrov “aprel savaşı”ndan sonra Bakıda nə demişdi?

Next Post

`Türkiyəni Ermənistanla Kürdüstan arasında bölmək istəyirdilər` – Nazir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Türkiyəni Ermənistanla Kürdüstan arasında bölmək istəyirdilər` - Nazir

`Günəşli`dəki yanğın söndürüldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.