"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kerrinin Qarabağ mesajının arxasında nə durur? – ŞƏRH

01 Oktyabr 2016 - 14:09
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gözlənilməz açıqlama verib.

Dövlət katibi çıxışında müasir dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişənin olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırki durumda Qarabağ probleminin həlli mümkün deyil. Con Kerri “hər şeydən əvvəl liderlər buna hazır deyillər”-deyə fikrini əsaslandırıb.

Kerrinin məlum çıxışından sonra Azərbaycan XİN rəsmi bəyanatla çıxış edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar yeni formula və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur.

Onun sözlərinə görə, Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan dövlət kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf məhz Azərbaycan Respublikasıdır: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq Azərbaycan münaqişənin substantiv danışıqlar yolu ilə həllinin tərəfdarıdır. KİV-ə çox məlumat verilməsə də, substantiv danışıqlar bu gün davam edir. Bu substantiv danışıqlar da, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğalından azad olunması ilə nəticələnməlidir. Münaqişənin həlli ilə əlaqədar yeni formula və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur”.

Maraqlıdır ki, Kerri bununla hansı mesajı vermək istəyirdi?

Politoloq Fikrət Sadıqov bildirib ki, bu günə qədər ABŞ tərəfi öz mövqeyini ört-basdır etsə də, Con Kerri bu açıqlaması ilə ölkəsinin siyasi xəttini nümayiş etdirdi: “ABŞ-ın mövqeyi ikili yanaşamadır. Görünən odur ki, Birləşmiş Ştatlar münaqişə tərəflərini bir araya yığır, bir tərəziyə qoyur, eyniləşdirir və faktiki olaraq müəyyən ciddi məqamlara göz yumur. 1993-cü ilddə ABŞ-ın səs verməsi ilə 4 qətnamə qəbul olunub ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır və Qarabağ azad olmalıdır”.

F.Sadıqov bildirib ki, ABŞ-ın dövlət katibi Qarabağla bağlı belə açıqlama verirsə, bu ölkədən ədalətli mövqe gözləmək lazım deyil: “ABŞ rəsmisnin fikirləri maraqlarımıza ziddir. Biz buna müəyyən reaksiya verməliyik”.

Politoloq Qabil Hüseynli hesab edir ki, Kerri çıxışı ilə Azərbaycanın çətin bölgədə yerləşməsini və bölgənin Rusiyanın nəzarəti altında olduğuna diqqət çəkib: “Bölgə Rusiyanın bilavasitə nüfuz dairəsinə daxildir. Rusiya isə bu məsələnin həllində tərəf tutur. Rusiyanın Ermənistanın tərəfini tutması onları danışıqlarda qeyri-konstruktiv davranmağa, işğalçı olduğu halda Azərbaycana qarşı müyəyən iddialar irəli sürməyə sövq edir.

Dövlət katibi deyir ki, hər iki ölkənin rəhbərləri dil tapa bilmir. Bunun səbəbi Ermənistan tərəfinin danışıqlar prosesində tutduğu dağıdıcı mövqedir. Son zamanlar Rusiya öz hərəkətləri ilə göstərdi ki, bölgədə status-kvonun dəyişməsini istəmir. Hətta Bakıya gələn Rusiyanın baş naziri Dmitri Medvediyev status-kvonu dəyişdirmək istəyirdi, ona imkan vermədilər. Onlar hərbi əməliyyatların dayandırılmasını tələb etdilər. Bölgədə addım atmağa imkan vermirlər və nəticədə Ermənistanı müdafiə edirlər. Belə olan tərzdə sülhə nail olmaq çətindir”.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ənənəvi olaraq “Twitter”də qeyd edib ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

“Birləşmiş Ştatlar məsələnin tərəflər üçün məqbul istiqamətdə həlli məqsədi ilə vasitəçiliyin yerinə yetirilməsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işini davam etdirəcək”, – deyə Ceyms Uorlik bəyan edib.

Aytən Zəhra

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azercell”in növbəti “Tələbə Təqaüdü Proqramı” başlayır

Next Post

Ölkənin müdafiə xərcləri azalmayıb, artıb – Nazirlik

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ölkənin müdafiə xərcləri azalmayıb, artıb - Nazirlik

Roma Papasının Bakıya səfəri başlayır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.