"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əli Kərimli 3 min dollara arayış satır: Mühacir biznesinin “boz kardinalı”

03 Oktyabr 2016 - 10:13
in XƏBƏR LENTİ

Əli Kərimli ifşa olunduğunu görüb indi də hədəf yayındırmağa çalışır. Amma artıq bütün ictimaiyyət Əli Kərimlinin müxalifət adı altında hansı işlərdən çıxdığını bilir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Mühacir biznesini əlində saxlamaq üçün təşkil etdiyi mitinqlər belə etirazla qarşılandı. Hətta “Yurd” liderinə yaxın olan araşdırmaçı-yazar Xədicə İsmayıl və Milli Şuranın üzvü Eldəniz Quliyev də Əli Kərimlini keçirdiyi mitinqlərə görə tənqid etdilər. Məsələ burasındadır ki, protest elektoratının aktivləşdiyi bir vaxtda “Yurd” lideri qəfildən aksiyaları dayandırdı. Bununla o, həm hakimiyyətin “əlinə oynadı”, həm özünü Qərbə müxalifətdə söz sahibi kimi təqdim etdi. Əli Kərimli kütləvi aksiyalarda söz sahibi olduğunu göstərməklə Cəmil Həsənliyə, Xədicə İsmayıla “bu işlərdə söz sahibi mənəm, Avropaya mühacirətə də yalnız mən göndərə bilərəm” mesajını vermiş oldu.

3 min dolların səsi Avropadan gəldi

Əli Kərimlinin uzun illərdir mühacir biznesini əlində saxlaması və gənclərə müəyyən məbləğ qarşılığında “müxalifətçi” arayışları verməsi zaman-zaman medianın gündəmində yer alıb. Bir müddət öncə hətta bununla bağlı audio (səs yazısı) da yayılmışdı. Hətta Avropaya mühacirət qapısını açan “mitinqlərdə fəal iştirak etmiş müxalifətçi” arayışını “Yurd” liderinin 3 min dollara satdığı haqda məlumatlar vardı. Ancaq bütün bunlara baxmayaraq, Əli Kərimli sudan quru çıxmağa çalışır.

Mitinqə çıxanlara arayış vədi

“Yurd” sədrinin biznesi çökməsin deyə təşkil olunan mitinqlərin etirazla qarşılanması da təsadüfi deyil. Mitinqə gələnlərlə söhbət etsəniz, siz də bunun şahidi olarsınız. Mitinqə çağrılan adamların böyük bir hissəsi məhz mühacirətə getmək üçün gəldiklərini, bununla bağlı onlara Əli Kərimli tərəfindən təminat verildiyini bildirirlər. Təsadüfi deyil ki, aksiyalar keçirildiyi dövrdə bir çoxları tezliklə mühacirətə gedəcəkləri haqqında əminliklə danışırdılar. Əli Kərimli isə mühacir biznesinin “boz kardinalı”dır. Monopoliya altına alınan bu biznesə nəzarət isə ənənəvi müxalifət liderləri, birbaşa olaraq Əli Kərimli nəzarət edir. Bu biznesin çiçəklənməsində maraqlı olan da elə Əli Kərimlidir. Çünki onun şəxsi büdcəsinin bir hissəsi də məhz bu biznesdən gələn gəlirlər hesabına dolur.

Arayış biznesi əldən çıxır

Mediada, sosial şəbəkələrdə yayılan səs yazıları, sənədlərdən sonra Əli Kərimlinin bu işlə məşğul olmasına heç bir şübhə yeri qalmadı. Ancaq Əli Kərimli bütün bu sübutları təkzib edir. Qeyd edək ki, həmin səs yazısında Türkel adlı şəxs açıq şəkildə “müştərilə” söhbət edir və müəyyən məbləğ qarşılığında onun mühacir olacağını əminliklə bildirir. Həmin səs yazısında Türkel həmsöhbətinin inandırmaq üçün uzun illərdir bu işlə məşğul olduğunu xüsusi vurğulayır. Bu cür məlumatlardan aydın olur ki, Əli Kərimli böyük məbləğlər qarşılığında Avropaya miqrant göndərir. Bu biznesi əlindən verməmək üçün uzun zamandır müxalifətçilik oynayan “Yurd” sədrinin oyunu pozulmaq üzrədir. Bu da onu çox narahat edir.

Əli Kərimli indi də, özünün guya heç nədən xəbərsiz kimi göstərmək üçün zamanında onun apardığı siyasətə etiraz edərək AXCP-ni Rəsulzadə-Elçibəy ideya-siyasi xəttinə qaytaranları, Elçibəyçilik ideologiyası əsasında yenidən quranları ittiham edir. Ancaq hər kəs bilir ki, bu günə qədər mühacirətə gedənlərin sənədlərində məhz Əli Kərimlinin imzası var. Mühacirətə gedənlər arasında ödəmələri vaxtında etmədikləri üçün Əli Kərimlinin ərizəsinə əsasən geri qaytarılanların da sayı kifayət qədərdir. Bütün bunlara rəğmən sübutları, faktları təkzib etmək bir yana, özlərinə həyasızcasına bəraət verməyə çalışırlar. “Yurd” sədri bundan reklam kimi istifadə edir. Çünki zaman-zaman bu məsələ elə Kərimlinin öz media quruluşları vasitəsilə gündəmə gətirilir. Nəticədə isə tənqid olunan da yenə Əli Kərimli olur. Çünki özləri də bilir ki, xalqı aldatmaq mümkün deyil. Əli Kərimli və ətrafındakı zombi dəstəsi, mənfəətbaz qaragüruhçular bilməlidirlər ki, xalqı bir dəfə, iki dəfə aldatmaq olar. Ancaq üçüncü dəfə xalq üzünüzə tüpürəcək. Necə ki, indi edirlər. Xalq artıq sizi qəbul etmir. Çünki bu günə qədər Azərbaycan xalqı üçün, dövlət üçün heç bir iş görməmisiniz. Gördüyünüz işlər ancaq öz maraqlarını təmin etmək, büdcənizi doldurmaq, özünüzə oliqarxlarsayağı firəvan, rahat həyat yaşamaq olub. Amma daha xalq sizə inanmır… (Cəbhə.info)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda taksi dayanacaqları yaradılır

Next Post

101 dövlət əmlakı özəlləşdiriləcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

101 dövlət əmlakı özəlləşdiriləcək

Aydın Əliyevdən 2017 proqnozu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.