Azərbaycanın energetika naziri Natiq Əliyev 9-13 oktyabr tarixlərində İstanbulda keçiriləcək XXIII Beynəlxalq Enerji Konqresi çərçivəsində OPEK-in üzv ölkələrinin və təşkilata daxil olmayan ölkələrin nümayəndələrinin qeyri-formal görüşündə iştirak edəcək.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə iştirak dəvətini OPEK-in baş katibi Məhəmməd Barkindo göndərib.




