"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ukrayna MDB-dən çıxır… Azərbaycanın addımı nə olacaq?

11 Oktyabr 2016 - 10:18
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ukrayna MDB-dən çıxır... Azərbaycanın addımı nə olacaq?

Ekspert: “MDB-nin varlığı ilə yoxluğu bilinmir, amma…”

Ukrayna MDB-nin tərkibindən çıxmaq məsələsini nəzərdən keçirir. APA-nın xəbərinə görə, bunu “112 Ukrayna” telekanalına müsahibəsində Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib.
“MDB-nin tərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk. Bizim MDB dövlətləri ilə onlarla müqavilələrimiz mövcuddur – misal üçün, diplomların qarşılıqlı tanınması, pensiya ödənişləri ilə bağlı. Ümid edirik ki, məsələlərin ayrı-ayrılıqda tənzimlənməsi bizə bu işi tamamlamağa imkan verəcək. Şəxsən mən MDB-dən çıxmağın ardıcıl tərəfdarıyam”, – deyə P. Klimkin bildirib.
Məlum olduğu kimi, Ukrayna bu qurumun yaranmasında iştirak edən üç dövlətdən (Rusiya, Ukrayna, Belarus) biri olub. 1991-ci ilin 8 dekabrında yaradılan quruma 1993-cü ilin sentyabrında Azərbaycan da üzv olub.  Azərbaycandan fərqli olaraq, Ukrayna MDB-dən iqtisadi baxımdan xeyli faydalanır. Lakin 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın hakimiyyət nümayəndələri tərəfindən bu qurumdan ayrılmaq xətti tutuldu. Nəticə olaraq son zamanlar Ukrayna MDB-nin tədbirlərinə, sadəcə olaraq, səfir səviyyəsində qoşulur.
Bəs Ukraynanın qurumdan ayrılması MDB-yə necə təsir edəcək? Bu şəraitdə Azərbaycan hansı addımı atacaq?
Öncə qeyd edək ki, Azərbaycan MDB-dən iqtisadi baxımdan asılı deyil. Ekspertlər hesab edirlər ki, sadəcə, Rusiyanın təsirindən qorunmaq və balanslı siyasət aparmaq üçün MDB Azərbaycan üçün yeganə vasitədir.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, əslində Ukraynanın MDB-də varlığı faktiki olaraq artıq nominal xarakter daşıyır: “Onlar qurumda yüksək səviyyədə təmsil olunmurlar. Əksinə, son Bişkek toplantısında səfir səviyyəsində təmsil olunmuşdular. Səfirin Rusiyanı ittiham etməsi isə Putini də özündən çıxardı və ona kəskin cavab verdi. Bütün bunları nəzərə almaqla söyləmək olar ki, faktiki Ukraynanın MDB-də varlığı ilə yoxluğu bilinmir. Ukraynanı bir kənara qoyaq. MDB-nin özü artıq bir formal xarakter daşıyır. Üzv dövlətlər arasında inteqrasiya imkanları çox zəifdir. Misal üçün, elə Azərbaycanla Ermənistana nəzər salsaq görərik ki, hər ikisi MDB-nin üzvüdür. Ancaq biri işğala məruz qalan, digəri isə işğalçıdır. Təsadüfi deyil ki, MDB-nin Qırğızıstan toplantısında Azərbaycan və Ermənistan dövlət başçılarının sözləri də çəp gəldi. Nəticə olaraq söyləyə bilərik ki, bu, amorf bir qurumdur və Ukraynanın çıxıb yaxud da qalması heç nə ifadə etmir”.
 
Politoloqa görə, Ukrayna qurumdan çıxarsa, bu, siyasi qərar nəticəsində baş verəcək: “Çünki faktiki Rusiya Ukrayna məsələsində sərtliyini davam etdirir. Krım məsələsində isə ümumiyyətlə, güzəştə getməyəcəyini  hər zaman açıqlayır. Minsk razılaşmalarını da yerinə yetirmir. Ona görə də Ukrayna yəqin ki, Rusiya ilə eyni formatda təmsil olunmaq istəmir. Bunun Azərbaycana təsiri olacağını düşünmürəm. Çünki Azərbaycan Ukrayna ilə əlaqələrini ikitərəfli təmasda qurub. Bununla yanaşı, GUAM təşkilatı çərçivəsində Ukrayna ilə əməkdaşlığımız davam edir. Azərbaycan da MDB-yə çox böyük ümidlər bəsləmir. Sadəcə olaraq, Azərbaycan rəsmiləri MDB-nin tədbirlərində ona görə iştirak edirlər ki, bu bir müstəvidir və bundan istifadə etmək lazımdır. Təsəvvür edin ki, Qırğızıstandakı MDB-nin toplantısına Azərbaycan prezidenti qatılmır, ancaq Ermənistan prezidenti qatılır və əleyhimizə ifadələr işlədir. Bunun isə qarşısını kimsə almır. Bu baxımdan, düşünürəm ki, Azərbaycan üçün  əhəmiyyəti olmasa da MDB-də qalmaq hələ ki lazımdır. Çünki bu müstəvidə bizim həm Ermənistana cavab vermək imkanımız var, həm də Ermənistana işğalçılıq siyasətində ittihamlarımızı səsləndirə bilirik. Bununla yanaşı, orada dövlət başçıları ilə təmas imkanları da yaranır”.
 
Qurumun gələcəyi barəsində isə politoloq aşağıdakıları söylədi: “İnanmıram qurumun gələcəkdə fəaliyyəti çox da genişlənsin. Çünki Rusiyanın özü də bu quruma bir o qədər ciddi əhəmiyyət vermir. Rusiya başqa formatlara önəm verir. Misal üçün, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, Şanxay İqtisadi Birliyini göstərə bilərik. Əgər Rusiya buna önəm vermirsə, digər dövlətlərdən danışmağa da dəyməz”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədə daha bir terror: AKP rəhbəri öldü

Next Post

Saakaşvili gücləndi: Tiflisdə vəziyyət gərginləşir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Saakaşvili gücləndi: Tiflisdə vəziyyət gərginləşir

Əli İnsanovun şikayətinə baxılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.